t s

» » 1500 illik abidəmiz dağıla bilər – Nazirlikdən açıqlama

1500 illik abidəmiz dağıla bilər – Nazirlikdən açıqlama

17-05-2019, 09:03 Yazar:  Firuzə Baxılıb: 104 Çap et
1500 illik abidəmiz dağıla bilər – Nazirlikdən açıqlama
Hər il ölkə ərazisində olan tarixi memarlıq abidələrinin bərpası həyata keçirilir.

Bu sözləri Kult.az-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov IV-V əsrə aid olan və “Zaqatala kilsəsi” adlanan Alban məbədinin dağılma təhlükəsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, təmsil etdiyi qurum il ərzində 4-5 belə tarixi abidələrin təmirini həyata keçirir:

“Növbəti illərdə həmin abidənin təmiri planlaşdırılır. Eyni zamanda, qarşıdakı illərdə bərpa olunacaq tarixi abidələrin də siyahısı hazırlanıb. 2019-2022-ci illər ərzində bərpa olunması nəzərdə tutulmuş həmin abidələr sırasında Zaqatala kilsəsinin də bərpa olunması nəzərdə tutulub”.

Qeyd edək ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev öz sosial hesabında sözügedən məbədin dağılma təhlükəsi ilə üz-üzə qaldığını deyib. O bildirib ki, ermənilər sovet dövründə bu kilsəni öz adlarına keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:08 Keşikçidağ məbədində gürcülər nələr edib? – Memar sirri açdı Hələ Sovet dövründə gürcülər “Keşikçidağ məbədi” adlanan Alban kilsəsinin tavanına, loru dillə desək, “şpavlyovka” vurub üstündə ikonalar işləyiblər. Gürcülər bununla kilsəni özününküləşdirməyə çalışıb. Lakin abidənin qədim Alban kilsəsi olduğunu sübut edən memarlıq üslubu var. Bu sözləri
08:16 Tiflisin ərazi iddiası: Keşikçidağ kimindir? - Tarixi faktlar Son günlər Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik sözügedən abidənin tarixi ilə bağlı aydınlaşma tələb edir. Məsələ ilə bağlı Axar.az-a danışan siyasi elmlər üzrə fəlsəfə
08:58 Aİİ "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar" mövzusunda seminar keçirib 2 oktyabr 2018-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Qafqaz Alban kilsəsi irsi: tarix və reallıqlar" mövzusunda seminar keçirib. Mediaxeberleri.az xəbər verir ki, seminarda institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanda
10:17 Tarixi abidələrimizə qarşı erməni vandalizmi Azərbaycan xalqı qədim zamanlardan bəri tarixi abidələr qurub-yaradıb, öz memarlıq və quruculuq qabiliyyətini dünyaya bəyan edib. Ancaq təəssüf ki, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı bu tarixi abidələrin də sıradan çıxmasına səbəb olub. Azərbaycan mədəni irsinə aid abidələrin
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az