t s

» » Avropa Oyunlarında 13 cüdoçumuz mübarizə aparacaq - ADLAR

Avropa Oyunlarında 13 cüdoçumuz mübarizə aparacaq - ADLAR

16-05-2019, 16:32 Yazar:  Firuzə Baxılıb: 41 Çap et
Avropa Oyunlarında 13 cüdoçumuz mübarizə aparacaq - ADLAR
21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında mübarizə aparacaq cüdoçularımızın adlarına aydınlıq gəlib.

Komandamız Şərqi Avropa ölkəsində 13 idmançı ilə mübarizə aparacaq.

Kişi millimiz yalnız bir çəkidə (-81 kq) təmsil olunmayacaq. Digər altı çəkidə doqquz idmançımız olacaq. Bunlar Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi -60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq) və Uşanqi Kokauridir (+100 kq).

Qadın millimiz isə üç – 63, 70, 78 kq çəki dərəcələrində mübarizə apara bilməyəcək. Belarusa gedəcək qadın idmançılarımız isə bunlardır: Aişə Qurbanlı (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İçinxorlu Munxtsedev (-57 kq) və İrina Kindzerskaya (+78 kq).

Qeyd edək ki, II Avropa Oyunlarında cüdo yarışları 22-25 iyun tarixlərində keçiriləcək. Bu turnirin cüdo yarışlarının mükafatçılarına iki medal veriləcək. Belə ki, yarış həm də cüdo üzrə Avropa çempionatı statusunda olduğundan, mükafatçılara həm Avropa Olimpiya Komitəsinin, həm də Avropa Cüdo Birliyinin medalları təqdim ediləcək.Oxu.Az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:30 Cüdoçumuz "Böyük Dəbilqə" turnirində medal qazandı Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb. Mediaxeberleri.az verir ki, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı ardıcıl ikinci il Düsseldorfda fəxri kürsüyə yüksəlib. Mübarizəyə 1/16 final mərhələsindən
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az