t s

» » Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayıb - VİDEO

Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayıb - VİDEO

15-05-2019, 23:37 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayıb - VİDEO
Bu gün Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, sərgidə aqrar sahədə istifadə edilən ən son texnologiyalar nümayiş olunur.

Ekspozisiyalar arasında əkin sahələrində zərərvericilərə qarşı mübarizə üçün nəzərdə tutulan yeni dron texnikası diqqəti daha çox çəkir.

Sərgidə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin İnkişaf Planının birgə icra etdiyi layihə olan mobil laborotoriya da nümayiş etdirilir. Fermerlərə yerlərdə xidmət göstərəcək mobil laboratoriya məhsuldarlığın 20-25% artmasına kömək edir.


Qeyd edək ki, sərgidə dünyanın 31 ölkəsini təmsil edən 400-dən artıq şirkət iştirak edir. Bu, ötən illə müqayisədə 10% çoxdur. Mayın 17-ə qədər davam edəcək sərgidə kənd təsərrüfatı texnikası, istixana avadanlıqları, yemlər, toxumlar və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edilir.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:00 Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi açıldı Bu gün Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) işə başlayıb. Mediaxeberleri.az xəbər verir ki, mayın 17-nə qədər davam edəcək sərginin açılış mərasimi kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə baş tutub. Nazir bildirib ki, Azərbaycanda aqrar
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
07:51 Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar Azərbaycan Respublikası Kənd Təsrrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının “Keçilmiş yol və yeni dövrün çağırışları” mövzusunda ümumrespublika konfransı keçirilib. Kənd Təsrrüfatı Nazirliyi yanında Baytarlıq Nəzarəti Xidmətinin akt zalında təşkil olunmuş

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az