t s

» » Qazaxda tütünçülüyə və baramaçılığa maraq artıb

Qazaxda tütünçülüyə və baramaçılığa maraq artıb

15-05-2019, 22:21 Yazar:  Firuzə Baxılıb: 63 Çap et
Qazaxda tütünçülüyə və baramaçılığa maraq artıb
Son illər həyata keçirilən islahatlar nəticəsində aqrar sektorun inkişaf etdirilməsi yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu sahədə uğur qazanan rayonlardan biri Qazaxdır. Taxılçılıqda, kartofçuluqda, tütünçülükdə, baramaçılıqda əldə olunan göstəricilər bunu deməyə əsas verir.

Mediaxeberleri.az xəbər verir ki, hazırda rayonda da yaz-tarla işlərinin qızğın çağıdır. Belə bir dövrdə tütünçülərin və baramaçıların da işi çox olur.

Bu günlərdə rayon icra hakimiyyətində cari ildə tütünçülüyün və baramaçılığın mövcud vəziyyəti ilə bağlı keçirilən toplantıda da bu barədə ətraflı söhbət getmiş, tütün əkini və ipəkqurdu bəslənməsi üçün yaradılan şərait, görülən hazırlıq işləri ətraflı müzakirə edilmişdir. Rayon icra hakimiyyətinn başçısı Rəcəb Babaşov son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində qazanılan nailiyyətlərdən danışmış, qazaxlıların ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfələri diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, görülən məqsədyönlü işlərin nəticəsidir ki, Qazaxda barama istehsalı ildən-ilə artır. 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram barama istehsal edən gümçülər keçən il bu rəqəmi 6260 kiloqrama çatdırmışlar. İstehsal olunan məhsul yüksək keyfiyyətlə Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Rayon baramaçıları bu il məhsuldarlığı daha da artırmağı qarşılarına məqsəd qoymuşlar. Onlar qərara almışlar ki, cari ildə 8 ton yaş barama təhvi versinlər.

Toplantıda tütünçülüyün inkişafına göstərilən diqqət və qayğıdan da söhbət açılmışdır. Qeyd edilmişdir ki, kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən biri tütünçülükdür. 2016-cı ildə rayonda cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara, keçən il 60 hektara çatdırılmışdır. Builki mövsümdə 65 hektar sahədə tütün əkmək nəzərdə tutulmuşdur.

Toplantıda tütünçülük və baramaçılıqla bağlı rayonda qərargah yaradılmış, aidiyyati mütəxəssislərə tapşırıqlar verilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az