t s

» » "Azərbaycana qarşı kampaniyanın arxasında erməni lobbisi dayanır" - MÜZAKİRƏ

"Azərbaycana qarşı kampaniyanın arxasında erməni lobbisi dayanır" - MÜZAKİRƏ

8-05-2015, 17:30 Yazar:  Məmməd Məmmədov Baxılıb: 680 Çap et
"Azərbaycana qarşı kampaniyanın arxasında erməni lobbisi dayanır" - MÜZAKİRƏBu gün “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Koalisiyası tərəfindən “Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi” mövzusunda dəyirmi masa keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, tədbirdə çıxış edən Koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı kampaniyalar artır: "Bu məsələlərə münasibətimizi bildirməliyik. Həmin kampaniyaları aparnların adları açıqlanmalıdır”.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, ilk Avropa Oyunları Bakıda keçirildiyinə görə, standartlar da burada formalaşır: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi sahəsində öz mövqeyini gücləndirəcək, o cümlədən erməni diasporunun anti-Azərbaycan siyasətinə zərbə vuracaq. Çünki ermənilər bildirir ki, Azərbaycan tolerant ölkə olmadığı üçün onların həyatına təhlükə var. Lakin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi isə onların dünyaya yaymaq istədiyi yalanları aşkar edir. Azərbaycana qarşı həyata keçirilən kampaniyaların arxasında Ermənistan, ermənipərəst qüvvələr və erməni lobbisi dayanır".

Əmək Hüquqları Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov bildirib ki, Avropa Məhkəməsinin qərarlarına baxarkən xeyli sayda problemlərin olduğu aşkarlanır. Onun sözlərinə görə, toplaşmaq azadlığı Avropa məkanında tam təmin olunmayıb: “Azərbaycanla bağlı isə belə bir qərar yoxdur. Ya bu qanunlar bizdə daha yaxşıdır, ya da ki, şikayət olunmayıb. Qeyd edim ki, şikayətlər olub, sadəcə iddia dərəcədə əsaslandırılmış olmayıb. Amerikada da bu sahədə xeyli problemlər var”.

S.Məmmədov deyib ki, Azərbaycanda dünyadakı təcrübədən fərqli olaraq birləşmək azadlığı üçün icazə tələb olunmur. Onun sözlərinə görə, birləşdikdən sonra sadəcə dövlət qeydiyyatına alınmaq üçün müraciət olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:21 “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib Paytaxtda “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib ki, Avropa Oyunları
15:50 Azərbaycana qarşı qərəz keçməyəcək - Dövlət gücünü xalqdan alır “Ağ Yol” Vətəndaş Hərəkatının 1-ci Avropa Oyunları və Azərbaycana qarşı aparılan "qara piar" kampaniyası ilə bağlı BƏYANATI Mediaxeberleri.az bildiri ki, “Ağ Yol” Vətəndaş Hərəkatı I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan "qara piar" kampaniyasını pisləyir və xalqımızın bu qərəzə
15:11 Avropa Oyunları ilə bağlı mərasim keçirilib Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və “Bakı-xəbər” qəzetinin təşkilatçılığı ilə “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək. Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda tədbir keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması
17:14 "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və "Bakı xəbər" qəzetinin təşkilatçılığı ilə "Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək: Vətəndaş Cəmiyyətinin Hədəfləri və missiyamız" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin
18:35 Rufiz Qonaqov: “Çağırış heç bir nəticə verməyəcək” “Azərbaycana qarşı aparılan qara piar kampaniyası qarşılaşdığımız ilk hal deyil. Biz artıq dünyada ikili standartların mövcud olmasını şahidi olmuşuq və bu ikili standarlar Azərbaycana qarşı ilk dəfə yönəlməyib”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az