t s

» » Yeni rektorlar prorektorları, dekanları niyə işdən çıxarır?

Yeni rektorlar prorektorları, dekanları niyə işdən çıxarır?

15-05-2019, 17:10 Yazar:  Firuzə Baxılıb: 49 Çap et
Yeni rektorlar prorektorları, dekanları niyə işdən çıxarır?
Bir quruma yeni rəhbər təyinatı olduqda, hər zaman orada kadr dəyişiklikləri gözlənilir və həqiqətən də gözləntilər özünü doğruldur.

Bu dəyişikliklər təhsil müəssisələrində, xüsusən, ali məktəblərdə olduqda isə cəmiyyətdə müzakirə obyektinə çevrilir. Bəzən tənqid olunur, bəzən isə alqışla qarşılanır.

Ən son müzakirə olunan təhsil ocağı isə Bakı Dövlət Universiteti idi. Prezident İlham Əliyevin 2019-cu il 11 mart sərəncamı ilə Elçin Babayev BDU-ya rektor təyin olundu.



E.Babayev universitet rəhbərliyinə gələr-gəlməz kadr islahatlarına başladı. İşdən çıxarılanlar, vəzifəsi azaldılanlar arasında prorektorlar da oldu.

Rəhbərliyi dəyişən digər universitetlərdə də hər zaman prorektorların, dekanların ya vəzifələri kiçildilir, ya da işdən çıxarılırlar.

Səbəb kimi isə adətən, onların vəzifə səlahiyyətlərinin başa çatdığı göstərilir.

Bəs universitetlərdə prorektorlar, dekan, dekan müavinləri və kafedra müdirlərinin iş prinsipləri necədir? Onlar necə təyin olunur və neçə müddətdən bir dəyişməlidir?

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib.

Nazirlikdən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrinə kafedra müdiri, dekan və dekan müavini beş il müddətinə seçilir:

“Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq kafedra müdiri və dekan vəzifəsinə seçilmiş namizədlə ali təhsil müəssisəsinin rektoru “Əmək müqaviləsinin nümunəvi forması”na uyğun olaraq beş il müddətinə əmək müqaviləsi bağlayır və müvafiq əmr verir. Dekan vəzifəsinin səlahiyyət müddəti də, digər məsələlər də bu Qaydalarla tənzimlənir

Prorektorların təyinatı ilə bağlı müddət də müqavilə ilə tənzimlənir”.

Bununla yanaşı, bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət ali təhsil müəssisələrinin rəhbərlərini (rektor) vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az