t s

» » Təxribatın qarşısını almaq üçün TƏKLİF - “Keşikçidağ” düyünü

Təxribatın qarşısını almaq üçün TƏKLİF - “Keşikçidağ” düyünü

15-05-2019, 16:49 Yazar:  Firuzə Baxılıb: 45 Çap et
Təxribatın qarşısını almaq üçün TƏKLİF - “Keşikçidağ” düyünü
“Keşikçidağ” monastr kompleksi ətrafında vəziyyət gərgin olaraq qalır.

Gürcü tərəfi hələ də təxribatçı addımları davam etdirir. Qeyd edək ki, Gürcüstanın tanınmış ictimai-siyasi xadimləri, hətta keçmiş Prezident Mixail Saakaşvili də bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyini bəyan edib. Ancaq gürcü hakimiyyəti problemin həllində maraqlı görünmür.

“Keşikçidağ” ətrafında yaranan problemin kökü də qarşı tərəfdən qaynaqlanır. Xatırladaq ki, bu məsələ ilə bağlı qamaqal Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili “Keşikçidağ” monastr kompleksinə gələrək təxribatçı çıxışlar etməsindən sonra başlayıb. O, üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıları təhqir edib:

"Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur". Şalva Natelaşvilinin sözlərinə sabiq müdafiə naziri İrakli Okruaşvili də dəstək verib. Bu hadisədən sonra Azərbaycan ictimaiyyət nümayəndələri Gürcüstana, onun hökumət rəsmilərinə bəzi məsələləri xatırlatmalı oldu. Hətta 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən devrilməsindən sonra Gürcüstana verilən Azərbaycan torpaqlarının siyahısı yayıldı və geri qaytarılması məsələsi ortaya qoyuldu.

Hazırda gürcülərin “Keşikçidağ”ı ziyarət etməsi öz ərazilərindən birbaşa, qanunsuz şəkildə Azərbaycana keçməsi ilə baş tutur. Yəni gürcülər “Keşikçidağ”ın Azərbaycan ərazisində yerləşən hissəsini ziyarət etmək üçün heç bir gömrük-keçid mənqəsindən keçmir. Heç bir sənəd yoxlanılmır, onlar qanun çərçivəsində heç bir prosedura cəlb olunmur. Bu isə ölkə sərhədlərinin qanunsuz pozulması mənasına gəlir. Əslində isə, “Keşikçidağ”ı ziyarət etmək istəyən gürcülər Azərbaycana gömrük-keçid məntəqəsindən keçməli və həmin kompleksi əcnəbi vətəndaş kimi ziyarət etməlidir.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan tərəfinin gürcülərdən tələbinin məhz bu olduğunu deyib:

“İstənilən ölkənin ərazi bütövlüyü və suverən hüquqları məsələsi var. Bu və ya digər milli icmanın digər bir ölkənin tərkibində özünün mədəniyyət ocağı ola bilər. Dövlətlərin vəzifəsi də həmin o milli icmaların genetikasının, milli atələrinin yerinə yetirilməsinə maneçilik törətməməsidir. Azərbaycan bu məsələdə gürcü xalqına heç bir problem yaratmır. Ancaq tələb ondan ibarətdir ki, onların dini etiqad məbədi Azərbaycan ərazisində olduğuna görə, ölkəyə keçid yalnız sərhəd məntəqəsindən olmalıdır. Səfərlər Azərbaycan qanunlarına uyğun şəkildə həyata keçirilməlidir. O, başqa məsələdir ki, gürcü turistlər üçün həmin əraziyə yaxın bir yerdə ayrıca bir sərhəd-keçid məntəqəsi yaratmaq olar. Azərbaycan-Gürcüstan sərhədində şəffaflıq, operativlik və qısa zamanda keçid etmək praktikası var. Bu praktikanı orada da təmin etmək olar. Azərbaycan tərəfdən gürcü turistlərin gəlişinə hər hansı bir problem ola bilməz”.

Aydın Mirzəzadə hazırda danışıqların getdiyini, yaxın zamanlarda qərarın veriləcəyini bildirib:

“Başqa məsələdir ki, Gürcüstanda müəyyən radikal millətçi qruplar Azərbaycan ərazisində yerləşən kilsəyə gedirlər. Kilsənin Gürcüstan mülkiyyəti olduğuna iddia edirlər. Əlbəttə ki, bu, Azərbaycan tərəfdən qəbul edilə bilməz. Hazırda danışıqlar gedir və şübhə etmirəm ki, yaxın zamanlarda bu məsələlərlə bağlı beynəlxalq hüquq normalarına uyğun bir qərar qəbul ediləcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az