t s

» » Uşağın yaşına uyğun boyu və çəkisi - Fotoizah

Uşağın yaşına uyğun boyu və çəkisi - Fotoizah

15-05-2019, 14:15 Yazar:  Firuzə Baxılıb: 49 Çap et
Uşağın yaşına uyğun boyu və çəkisi - FotoizahValideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır. Bu gün orta boy səviyyəsi kişilər üçün 175-177 sm, qadınlar üçün isə 163-166 sm hesab olunur. Gəlin, inkişafdan ləngimənin əsas səbəblərini araşdıraq və boyu artırmaq üçün nəzərdə tutulmuş prinsiplərdən yararlanaq.

Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
1. Uşaqda hər hansı xroniki xəstəliklərin olması
2. Qeyri-rasional birtərəfli qidalanma
3. Orqanizmdə qurd-parazitin olması
4. Fiziki hərəkətsizlik — hipodinamiya
5. Psixoloji travmalar
6. Boy hormonunun defisiti
7. İrsiyyət

Uşağın boyunu artırmaq üçün nə etməli?
1. Düzgün balanslanmış qida: rasionda meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət-balığı artırmaq, xəmir xörəklərini, şirniyyatı, konservantları isə azaltmaq lazımdır. Rasionu xüsusən kalsium, sink, A, E, D vitaminləri ilə zənginləşdirmək məsləhətdir. Sink mineralı, əsasən oğlan uşaqlarının boy artımına və ümumi inkişafına müsbət təsir göstərir. Mal əti, quş əti, boranı tumları, buğda kəpəyi və paxla bitkiləri sink ilə daha zəngindir.

2. Fiziki aktivlik, bəzi idman növləri: üzgüçülük, basketbol, yüngül atletika boyu stimullaşdırır, əksinə, ağır atletika, güləş kimi idman növləri — ləngidir.

3. Tam normal yuxu vacibdir. Uşaqların yuxuda böyüməsinin elmi əsası var. Aparılan tədqiqatlar göstərilmişdir ki, boy hormonu yuxu zamanı formalaşaraq ifraz olunur. O səbəbdən vaxtında yatmaq və yuxudan doymaq çox vacib amildir.

4. Günəş şüaları və təmiz hava. Uşaqların və yeniyetmələrin aktiv inkişafı üçün bol günəş və hava lazımdır. Təmiz havada, erkən günəş işığı altında gəzişmək və gün qəbul etmək insan orqanizmi üçün çox önəmlidir, çünki səhər tezdən günəş şüaları dəridə daha fəal D vitaminə çevrilərək, uşağın fiziki inkişafına, xüsusilə də dayaq-hərəkət sisteminə müsbət təsir göstərir.

5. Mədə-bağırsaq sistemi fəaliyyətinin normal olması. Hamıya məlumdur ki, insan orqanizminin inkişafı üçün lazım olan nutriyentlər (vitaminlər, minerallar, zülallar, yağlar və s.) mədə-bağırsaq traktı vasitəsilə orqanizmə daxil olur.

Bu səbəbdən həzm sisteminin qaydada olması gələcək nəslimizin sağlamlığının bünövrəsidir. Qurd-parazitlər, mədə-bağırsağın, öd kisəsinin, qaraciyərin iltihabi zədələnmələri həzm sistemini pozaraq, uşağın inkişafına nəzərə çarpan dərəcədə mənfi təsir göstərir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
13:05 Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR Nə üçün uşaq yuxuda dişlərini qıcayır? Yəqin ki, yuxuda dişlərini qıcamayan uşaq çətin tapılar. Bu isə anaların narahatlığına səbəb olur. Bəzi hallarda körpə bir neçə dəqiqə ərzində dişlərini qıcayır, bəzi hallarda isə tək-tək səslər eşidilir. Təbabətdə bu əlamətə bruksizm deyilir. Bruksizmin
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
10:25 Dünyada hər doqquz insandan biri gecələr ac yatırsa... Ac qalmanın faydaları və fəsadları barədə bilmədiklərimiz. Son aylar dünya mətbuatında ən sevilən mövzu, heç şübhəsiz ki, yaxınlaşmaqda olan yaz aylarına hazırlıqdır. Xüsusən də qadınlar qış ayları boyunca aldıqları çəkidən xilas olmaq üçün aclığa, dietaya başlayıblar. Biz də budəfəki yazımızda
09:22 Mədə-bağırsaq xəstəliklərini yaradan başlıca faktorlar - Həkim İZAHAT verir Son zamanlar insanlar arasında mədə-bağırsaq xəstəlikləri geniş yayılıb. Burada bir çox faktorlar rol oynayır – genetik və xarici faktorlar, düzgün qidalanmamaq, rejimsizlik, düzgün olmayan həyat tərzi, maddələr mübadiləsinin pozulması və s. Bununla bağlı Tədris Terapevtik Klinikanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az