t s

» » Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı

15-05-2019, 11:30 Yazar:  Firuzə Baxılıb: 32 Çap et
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı
Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

Mediaxeberleri.az
"Report"a istinadən xəbər verir ki, mayın 14-də Rusiya Müftilər Şurasının dəstəyi ilə Moskvada "Poklonnaya qora”dakı məscidin yaxınlığında təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 1000-dən çox insan iştirak edib.

Əvvəlcə "İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb.

Tədbirdə çıxış edən "Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən iftar süfrəsi ilk öncə Azərbaycanda islam dininə olan hörmətin göstəricisidir.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb. O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu bildirərək, müsəlmanların bayramını təbrik edib.

Rəsmi çıxışlardan sonra müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. "Baku” jurnalının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 14 ildir, Rusiya Müftiləri Şurasının "Ramazan çadırı" layihəsində iştirak edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az