t s

» » Qazaxda tütün əkini davam edir

Qazaxda tütün əkini davam edir

15-05-2019, 11:03 Yazar:  Firuzə Baxılıb: 38 Çap et
Qazaxda tütün əkini davam edir
Son illər ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkə iqtisadiyyatı, o cümlədən də kənd təsərrüfatı ildən-ilə artan templə inkişaf edir. Bu inkişafın təməlində isə 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının qəbul edilməsi dayanır. Həmin dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuş və qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı nəzərə çarpacaq dərəcədə artmışdır.

Mediaxeberleri.az
xəbər verir ki, ölkəmizdə aqrar sektorun sürətlə inkişaf etdirildiyi rayonlardan biri də Qazax rayonudur. Son 3 ildə rayonda kənd təsərrüfatının inkişaf etməsini ildən-ilə artan əkin sahələrinin artırılmasından da görmək olar. Bu isə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardır. Rayonda demək olar ki, kənd təsərrüfatının bir çox sahəsi, o cümlədən də böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli olan tütünçülük sahəsi də inkişaf etdirilir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 10 avqust 2017-ci il tarixli sərəncama əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması isə bu sahənin inkişaf etdirilməsinnə daha böyük təkan verir. Respublikamızın bütün bölgələrində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar məqsədyönlü tədbirlərin uğurla həyata keçirilməsi də bunun əyani sübutudur.

İşçi qüvvəsi baxımından da böyük tələbatın olduğu bu sahənin inkişafı rayonda yeni iş yerlərinin açılması deməkdir. Bu il artıq dördüncü il olacaq ki, Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütün becəriləcək. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Həmin sahədən toplanmış 98 min tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilmişdir.

Builki mövsümdə isə Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Artıq bu günə kimi 17 hektara tütün ştilləri əkilib. Bu istiqamətdə də işlər davam etdirilir. Hazırda sahələrdə 70-dən çox rayon sakini çalışır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az