t s

» » Brüsseldə konfrans: İbadoğlu erməni naziri divara dirədi

Brüsseldə konfrans: İbadoğlu erməni naziri divara dirədi

15-05-2019, 10:39 Yazar:  Firuzə Baxılıb: 99 Çap et
Brüsseldə konfrans: İbadoğlu erməni naziri divara dirədi
İqtisadçı ekspert Qubad İbadoğlunun dünən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunmuş görüşdə Ermənistanın Xarici İşlər nazirinə verdiyi cavab auditoriyanın marağına səbəb olub.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu Feysbuk səhifəsində məlumat paylaşıb.

Q.İbadoğlu bildirib ki, erməni nazirin çıxışından sonra ona verilən sual və izahlı məlumat zaldakıların fikirlərinin tamam dəyişməsinə səbəb olub:

“Brüsseldə görüş və müzakirələr bu gün də davam edir. Dünən Avropa Briliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı çoxsaylı auditoriyanın fikirlərinin tamam dəyişməsinə səbəb oldu.

Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadyyatın qurulmadığını, regionda sülhun və əmin-amanlığın bərpa edilmədiyini göstərdim və nazirə sual etdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?

“Mən doğulduğum, boya-başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbirlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək” sualına cavab vermək istəyən xarici işlər naziri 15 dəqiqədən çox çalışdı və yenə də istəyinə nail ola bilmədi. Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az