t s

» » İmişlidə narazılığı kimlər yaradır... - İDDİA

İmişlidə narazılığı kimlər yaradır... - İDDİA

15-05-2019, 10:06 Yazar:  Firuzə Baxılıb: 51 Çap et
İmişlidə narazılığı kimlər yaradır... - İDDİAÖlkə Prezidentinin apardığı uğurlu siyasətin tərkib hissələrindən biri də ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən etdiyi strategiyadır.

Bu sahə ilə məşğul olanlara güzəştli kreditlərin verilməsi, istehsalçının mənafeyinə uyğun vergi islahatları və s. həmin siyasətin tərkib hissəsidir. Lakin təəssüflə qeyd etməliyik ki, bölgələrdə bu siyasətə kölgə salacaq kifayət qədər dövlət məmurları var. Xatırladaq ki, bir müddət əvvəl mətbuat Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərlik etdiyi dövlət müəssisəsinin tabeliyində olan qurumların bəzilərində baş verən qanunsuzluqlarla bağlı araşdırmalar dərc etmişdi. Məsələnin ən qəribə tərəfi isə bu qurumun, tabeliyndə olan dövlət müəssisələri haqqında dərc edilən məlumatlara biganə qalmasıdır. Məhz bu amildir ki, cənab Əhmədzadənin rəhbərlik etdiyi qurumun tabeliyində olan, İmişli rayonunun Qaradonlu kəndində yerləşən Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinin rəisi Qasım Qasımova müraciətlərə müəssisə rəhbəri bir cavab verir: “Mən Əhməd Əhmədzadənin tapşırığını icra edirəm.”

Oxucuların nəzərinə onu da çatdıraq ki, bu şəxs rayonda kifayət qədər kapitala sahiblənmiş məmur kimi tanınır. Ola bilsin ki, məhz bu amildir ki, Qasım Qasımovu daha ürəkli edir. Onu da qeyd edək ki, Qasım Qasımov bu məsələdə tək deyil. İmişli rayonu Aranlı kəndində yerləşən Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı idarəsinin rəisi Allhaverdi Əliyev də eyni prinsiplə işləyir. Ötən gün rayondakı mənbədən redaksiyaya daxil olan məlumatda qeyd edilir ki, yaz fəsli ilə əlaqədar olduğu üçün hal-hazırda fermerlərin işlərinin ən qızğın vaxtıdır. Taxıl, pambıq və otlaq sahələrinin suvarılması, digər kənd təsərrüfatı məhsullarının əkilməsi üçün ərazilərin arata qoyulması və s. artıq kəndlinin gündəlik iş prinsipinə çevrilib. Lakin mənbə bildirir ki, hər iki müəssisə rəhbərinin fəaliyyətsizliyi nəticəsində kəndlilər sahələrin suvarılmasında ciddi problemlərlə üzləşirlər. Belə ki, su kollektorlarının uzun müddətli təmizlənməməsi suyun sahələrə normal axınının qarşısını alır. Yuxarıda qeyd edildiyi kimi məsələ ilə bağlı hər iki rəisə müraciət ediləndə isə aldıqları cavab birdir: “Biz Əhməd əhmədzadənin tapşırığını yerinə yetiririk.”

Əslində istər Allahverdi Əliyevin, İstərsə də Qasım Qasımovun fermerlərə verdikləri cavab kifayət qədər maraqlıdır. Hər iki rəisin söylədiklərindən belə anlaşılır ki, sən demə Prezident iradəsinə qarşı çıxmağı onlara Əhməd Əhmədzadə tapşırıb. Əks halda Qasım Qasımov sevərək və təkrar-təkrar belə söyləməzdi. Bəs elə isə sual yaranır nədən cənab Əhməd Əhmədzadə Prezidentin müəyyən etdiyi siyasətə qarşı çıxır? Axı hər bir hərəkətin məntiqi nəticəsi olaraq öncə səbəb müəyyənləşməlidir. Nəzərə alsaq ki, İmişli relyefinə görə yarımsəhra əraziyə malikdir. Bu ərazidə şoran torpaqlar üstünlük təşkil edir. Deməli kəndli min bir əziyyətlə münbitləşdirdiyi torpaqda yetişdirdiyi məhsulu özünün illik təminatı üçün nəzərdə tutur. Və məhz Qasım Qasımovun və Allahverdi Əliyevin fəaliyytəsizliyi nəticəsində kəndli həmin illik təminatdan məhrum olursa, o zaman narazlılığın ünvanı ölkə rəhbərliy olur. Çünki zamanında kəndli yaradılmış süni problemlərin həlli ilə bağlı hər iki rəisə müraciət edərkən, onlara ünvan olaraq daha yuxarı instansiyanı – Əhməd Əhmədzadəni göstərmişdilər. Əhmədzadəni təyin edən isə cənab Prezidentdir. Belə çıxır ki, bu siyasət düşünülərəkmi yürüdülür? Əsla belə deyil. Səbəbkar məhz A.Əliyev və Q.Qasımovdur. Diqqətli oxucuların nəzərinə çatdıraq ki, bir müddət əvvəl Qasım Qasımov işindəki nöqsanlarla bağlı ona irad bildirənlərə “ASC mənə ayrılan pulun yalnız 17%-ni verir, o rəqəmlə gördüyüm işdə bu qədərdir” – cavabını vermişdi. Qəribədir ASC rəhbərliyi tabeçiliyində olan müəssisə rəhbərinin bu ittihamına da laqeyid qalmışdı. Deməli...

Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
11:43 İmişlidə Əhməd Əhmədzadənin adamına İTTİHAM – 20 000 avro fevralda kimə verilib? “Dövlət vəzifəsi insanlara xidmət etmək üçündür. 1-ci xidmətçi mənəm”. Bu sözlərin müəllifi ölkə Prezidentidir. Lakin bəzi hallarda dövlət vəzifəsindən insanlara xidmət etmək üçün deyil, şəxsi məqsədlər naminə istifadə edilir. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az