t s

» » Polisdən ƏMƏLİYYAT: "Çöpçü Rauf” tutuldu

Polisdən ƏMƏLİYYAT: "Çöpçü Rauf” tutuldu

15-05-2019, 09:59 Yazar:  Firuzə Baxılıb: 36 Çap et
Polisdən ƏMƏLİYYAT: "Çöpçü Rauf” tutulduİsmayıllı rayonunda aqrotexniki qaydada qulluq etməklə çətənə bitkisi yetişdirən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mediaxeberleri.az-a verilən məlumata görə, mayın 14-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağbulaq kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 327 ədəd çətənə bitkisi aşkar edilib.

Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxslərin İsmayıllı şəhər sakinləri Rauf Süleymanlı və Süleyman Mahmudlu olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

"Çöpçü Rauf”“ ləqəbi ilə tanınan R.Süleymanlıya şəxsi axtarış keçirilən zaman üzərindən sellofan bükümdə ümumi çəkisi 12 qrama yaxın qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:05 İsmayıllıda narkotacir və istifadəçiləri saxlanıldı İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. Mediaxeberleri.az DİN-ə istinadən xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Mücühəftəran kənd sakini Kamil Nəcəfov həbs olunub. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 7
09:21 Qurudulmuş xurmanın FAYDALARI Xurma qış meyvəsi hesab edilsə də, ilin hər fəslində yeyilir. Bundan ötrü də xurma qurudulur. Bəs xurma qurudulmuş halda öz faydalı xüsusiyyətlərini qoruyurmu? Mediaxeberleri.az azərtac-a istinadən mütəxəssislərin dəyərləndirməsi əsasında qurudulmuş xurmanın fayda və zərəri barədə material təqdim
17:00 Polisdən narkotikə qarşı ölkə üzrə əzmkar mübarizə... - Həbs edilənlər var Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli mübarizə davam etdirilir. Mayın 18-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə
21:50 Göyçayda narkomafiya ələ keçdi Polis əməliyyat keçirdi. Göyçay rayonunda narkotik vasitələrin qanunsuz saxlanılması və alqı-satqısı ilə məşğul olan 7 nəfər şəxs tutulub. Mediaxeberleri.az-ın APA-ya istinadən xəbərinə görə, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən 3 gün ərzində keçirilən əməliyyat-axtarış
23:12 Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı - Rəsmi açıqlama Baş Prokurorluq bu gün qurumun binasının qarşısında keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb. “Qafqazinfo”nun məlumatına görə, qurum bildirir ki, vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az