t s

» » "Balıq ovlayan şəxslər barəsində ciddi tədbirlər görüləcək" - ETSN rəsmisi

"Balıq ovlayan şəxslər barəsində ciddi tədbirlər görüləcək" - ETSN rəsmisi

14-05-2019, 22:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 29 Çap et
"Balıq ovlayan şəxslər barəsində ciddi tədbirlər görüləcək" - ETSN rəsmisi
"Bu ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı balıqovlama biletlərinin (kvota) şərtlərinin pozulduğu, eləcə də balıqovlama bileti olmadan balıq ovlandığı faktları aşkar edilərək sənədləşdirilib".

Mediaxeberleri.az
xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

Onun sözlərinə görə, ballıqovlama biletlərinin tələblərinin pozulması və balıqovlama biletləri olmadan balıq ovu ilə bağlı Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində 70 fakt aşkar edilib: "Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt və protokollar tərtib edilib, ümumilikdə qanunsuz ovlanmış 7813 müxtəlif növ balıq götürülüb, 28 qanun pozucusuna inzibati qaydada 21200 manat məbləğində cərimə tətbiq edilib. Ümumilkdə təbiətə vurulan 5103 manat ziyan hesablanıb və cinayət tərkibi yaranan 42 iş üzrə araşdırma materialları hüquq-mühafizə orqanlarına göndərilib".

O qeyd edib ki, ötən dövr ərzində regionlarda balıq ovlanması qaydaları və bu qaydaların pozulmasına görə nəzərdə tutulan inzibati və cinayət məsuliyyətləri, eləcə də təbiətə dəymiş ziyan barədə “xəbərdarlıq” hazırlanıb, həmçinin “Xəbərdarlıq” vərəqəsi regionlarda yaşayış məntəqələrində və vətəgələrdə görünən yerlərdə yerləşdirilib, balıq ovu ilə məşğul olan fiziki, hüquqi şəxslər və briqada üzvləri arasında geniş izahat işləri aparılıb.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovlanması qadağandır: "Bütün fiziki və hüquqi şəxsləri xəbərdar edirik ki, bu dövrdə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:42 Azərbaycan sularında qanunsuz balıq ovu "soyqırım” həddinə çatıb - XƏBƏRDARLIQ Balıqların kürütökmə dövründə ovlanması yüzlərlə körpə balığın məhv olmasına və nəticədə ölkəmizin su hövzələrində müxtəlif balıq növlərinin azalmasına səbəb olur. Buna görə də bu ayın 1-dən sentyabrın 1-nə kimi Xəzərdə balığın ovu qadağan edilib. Lakin hələ də bu qadağalara əməl etməyənlər var.
15:44 "Niyə balıqçılar düşünmürlər ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir?" - Nazirlik “Niyə balıqçılar düşünmürlər ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir? Məgər bunun üçün hansısa elmi yanaşmaya ehtiyac var? Hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı azalır. Bu da
12:17 ŞOK: İcra hakimiyyətləri, nazirliklər və digər dövlət qurumları BÜDCƏNİ BELƏ YEYİBLƏR - RƏSMİ İTTİHAM Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
02:17 Yevlaxda Raqub müəllimin “üçbucaq” oyunları Uzun illərdir ki, rəhbərlik etdiyi təhsil şöbəsini rüşvətxorluq girdabına sürükləyən cənab Raqub müəllimi, yaxın vaxtlarda nələr gözləyə bilər? Mirzəyev soyadı ilə tanınan və Yevlax şəhər təhsil şöbəsinə rəhbərlik edən Raqub Mirzəyevin adı, artıq respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az