t s

» » Dövlət Gömrük Komitəsi açıqlama YAYDI

Dövlət Gömrük Komitəsi açıqlama YAYDI

14-05-2019, 18:25 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Dövlət Gömrük Komitəsi açıqlama YAYDI
Bəzi kütləvi informasiya vasitələrində gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

"Həmin məlumatlarda "Forever Living Products Azərbaycan" MMC-nin ölkə ərazisinə idxal etdiyi malların invoys qiymətlərinin gömrük orqanları tərəfindən süni şəkildə artırıldığı, qida əlavələri mal mövqeyi üzrə idxal edilən malların dərman vasitəsi kimi rəsmiləşdirilməsinin tələb olunduğu iddia edilir.

Həmin malların rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin aşağı göstərilməsinə dair əsaslı şübhələr yarandığından nümunələr əsasında ekspertizalar təyin edilib və digər araşdırmalar aparılıb. Nəticələr gömrükçülərin şübhələrini təsdiqləyib və malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Qida əlavəsi kimi idxal edilən malların gömrük orqanları tərəfindən dərman vasitəsi olaraq bəyan edilməsinə dair tələbi isə ümumiyyətlə həqiqətə uyğun deyil. Həmin mallar gömrük orqanının ekspertizanın nəticələrinə görə müəyyən etdiyi dəyərlə qarşı tərəfin razılığı əsasında qida əlavəsi kimi bəyan olunaraq rəsmiləşdirilib.

Araşdırma prosesi başa çatana qədər idxalatçının əlavə ödəmələrə məruz qalmamasını təmin etmək məqsədilə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında birbaşa "Forever Living Products Azərbaycan" şirkətinin anbarına boşaldılaraq saxlanılıb. Bu qəbildən olan və gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatları, yazı və reportajları qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən yayımlayanların isə diqqətinə çatdırırıq ki, həmin məlumatların sonuna əlavə edilən "qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq" kimi bir cümləlik ifadələr "obyektivliyin" təmin olunması və ya balanslaşdırılmış xəbər siyasəti deyil, ən azı jurnalistikanın etik qaydalarının pozulmasıdır”, - deyə açıqlamada qeyd olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:40 Dövlət Gömrük Komitəsində NÖVBƏTİ BİABIRÇILIQ - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb ABŞ-ın "Forever Living Products" şirkəti idxal etdiyi məhsulun gömrük rəsmiləşdirilməsi zamanı qanunsuz hallarla rastlaşıb Gömrük əməkdaşları malın real satış qiyməti ilə deyil, onların özlərinin təyin etdikləri qiymətlər əsasında bəyan olunmasını tələb ediblər Səfər Mehdiyev Dövlət Gömrük
15:13 Dövlət Gömrük Komitəsi açıqlama yaydı “Ötən gün bəzi kütləvi informasiya vasitələrində ölkəyə minik avtomobilləri gətirən şəxslərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərə məcbur edildiyi ilə bağlı, eləcə də gömrük orqanlarını inhisarçılığı qorumaqda, rüşvət almaqda günahlandıran iftira və böhtan dolu, həqiqətə uyğun olmayan
10:30 DGK ittihamlara BELƏ CAVAB VERDİ Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi (DGK) və onun səlahiyyətli şəxslərinin fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir. “Özünü iş adamı kimi təqdim edən
19:17 Prezident uşaqlarla bağlı qanun imzaladı Azərbaycan Prezidenti İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, qanunla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək. Qanunun 4-cü
10:05 Gəncə Dövlət Universiteti: gerçəkliyə göz yumub böhtan atanlar Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az