t s

» » FHN əməkdaşını öldürənin kimliyi bəlli oldu

FHN əməkdaşını öldürənin kimliyi bəlli oldu

14-05-2019, 11:12 Yazar:  Firuzə Baxılıb: 42 Çap et
FHN əməkdaşını öldürənin kimliyi bəlli olduSumqayıtda Fövqəladə Hallar Nazirliyinin əməkdaşını qətlə yetirən şəxsin kimliyi məlum olub.

Mediaxeberleri.az Trend-ə istinadla xəbər verir ki, qətl hadisəsini Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Şəmsəddin Yapon oğlu törədib.

Məlumatda bildirilir ki, Ş.İbrahimov Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətinə gələrək oranın işçisi Kərimov Emin Vəli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində Ş.İbrahimov özü ilə gəzdirdiyi bıçaqla E.Kərimovun ürəyinə iki zərbə endirib. E.Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra Ş.İbrahimov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlayıb.

Xatırladaq ki, mayın 8-də səhər saatlarında Sumqayıt şəhər sakini, Fövəqladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, 1984-cü il təvəllüdlü çavuş Kərimov Emin Vəli oğlu iş yerinin həyətində qətlə yetirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
01:25 Bəxtiyar o yazıya görə məni bıçaqladı" - Dəhşətli qətlin təfərrüatları 10-cu sinif şagirdi: “Adam bıçaqlamışam, haqqını halal et” deyib polisə getdim" Cəlilabad rayonunda 8 saylı orta məktəbin həyətində 1996-cı il təvəllüdlü Bəxtiyar Əsədullayev gözətçi işləyən 1967-ci il təvəllüdlü Şəmsəddin Məlikovu bıçaqlayaraq qətlə yetirib. Teleqraf.com xəbər verir ki, hadisə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az