t s

» » Azərbaycan Avropa Liqasının final oyununu yüksək səviyyədə qəbul etməyə hazırdır - VİDEO

Azərbaycan Avropa Liqasının final oyununu yüksək səviyyədə qəbul etməyə hazırdır - VİDEO

13-05-2019, 19:02 Yazar:  Firuzə Baxılıb: 31 Çap et
Azərbaycan Avropa Liqasının final oyununu yüksək səviyyədə qəbul etməyə hazırdır - VİDEO
Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi zamanı indiyədək təhlükəsizliklə bağlı heç bir narahatlıq yaşanmayıb.


Xezerxeber.az-ın məlumatına görə, bunu Böyük Britaniya Xarici İşlər Nazirliyinin Bakıda keçiriləcək Avropa Liqasının final oyununda təhlükəsizliklə bağlı azerkəşlərə veridiyi tövsiyəyə münasibət bildirən AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib ki, final oyununun Bakıda keçirilməsi müəyyənləşdikdən indiyədək UEFA tərəfindən daimi yoxlamalar aparılıb.

İngiltərənin "Arsenal" komandasının erməni əsilli futbolçusu ilə bağlı da danışan Elxan Məmmədov bildirib ki, onun Bakıya gəlməsinə maneələrin olduğu ilə bağlı fikirlər əsassızdır.


İngiltərə Xarici İşlər Nazirliyinin açıqlamalarının anlaşılmaz olduğunu bildirən AFFA-nın baş katibi "Çelsi" komandasının ötən mövsüm çempionlar liqasında Bakıda Qarabağla baş tutan oyununu xatırladıb.


Elxan Məmmədov onu da qeyd edib ki, bütün hazırlıqlar başa çatıb və Azərbaycan finalda iştirak edəcək komandaları və azarkeşləri yüksək səviyyədə qəbul etməyə hazırdır.

Qeyd edək ki, İngiltərə Xarici İşlər Nazirliyi Bakıya gələcək vətəndaşlarına bu ölkədə diqqətli olmağı və təhlükəsizliklə bağlı məsələlərin tam həllini tapmadığını bəyan edib. Azərbaycan tərəfi isə bu iddiaların əsassız olduğunu və Azərbaycanın böyük tədbirlər keçirmək ənənəsinin çoxdan mövcud olduğunu, buna görə də xarici vətəndaşların final oyununu izləmək üçün Bakıya gəlməsində heç bir narahatlıq olmadığını bəyan edib.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:08 Azərbaycana qarşı qarayaxma kampaniyaları başlayıb - VİDEO Artıq bir müddətdir ki, qərbdəki ənənəvi Anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Hər dəfə Azərbaycan hansısa bir mötəbər tədbirə ev sahibliyi edəndə aktivləşən bu qüvvəllər indi də Bakıda keçiriləcə Uefa Avropa Liqasının finalını fürsət biliblər. Tamamıilə
19:44 Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa 200 gün qalıb Düz 200 gün sonra 56 klubun iştirak etdiyi nüfuzlu turnirin – UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək. Mediaxeberleri.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropanın BOS görüşündə futbolsevərlər qrup mərhələsində hələ ki
09:41 UEFA “Qarabağ”dan yazdı UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində “Qarabağ” – “Çelsi” oyunu haqqında yazı hazırlayıb. Mediaxeberleri.az “Apasport.az”a istinadən xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub. Sözügedən
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az