t s

» » Hikmət Hacıyev: “Atəşkəs sülh deyil”

Hikmət Hacıyev: “Atəşkəs sülh deyil”

13-05-2019, 09:40 Yazar:  Firuzə Baxılıb: 41 Çap et
Hikmət Hacıyev: “Atəşkəs sülh deyil”
25 il ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir.

Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın atəşkəsin 25 illiyi ilə əlaqədar verdiyi açıqlamasını şərh edərkən bildirib.

H.Hacıyev deyib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib: "İşğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və 25 ildən artıq müddətdə onlar qaçqın və məcburi köçkün statusunda yaşamaq məcburiyyətindədirlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü həmçinin mülki insanlara qarşı çoxsaylı hərbi cinayətlərlə müşayiət olunub. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiq olunur, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur".

Şöbə müdiri vurğulayıb ki, atəşkəs sülh deyil: "Ermənistan rəhbərliyi tərəfindən də etiraf olunur ki, 25 il keçməsinə baxmayaraq, atəşkəs davamlı sülhə çevrilməyib. Bu müddət ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir".

H.Hacıyevin sözlərinə görə, danışıqlar prosesinin formatı dəyişməzdir və münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılır:

"Ermənistan tərəfi həqiqətən regionda davamlı sülhün təmin olunmasını istəyirsə, mövcud format əsasında danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli, BMT TŞ-nın qətnamələrinin tələblərinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına mane olmamalıdır. Yalnız bundan sonra regionda davamlı sülh təmin oluna bilər".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:02 Ermənistan üçün DƏHŞƏTLİ VƏZİYYƏT: onları heç kim xilas edə bilməyəcək! Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün artıq bir neçə ildir ki, vahid format mövcuddur. Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun çətiri altında müzakirələr aparırlar. Münaqişənin tənzimlənməsi məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində
09:05 “Qərb İrəvana Qarabağla bağlı unikal model təklif edib” - politoloq “Qarabağ klanı hakimiyyətə qayıtsa, danışıqlara birdəfəlik nöqtə qoyulacaq...” Ermənistanda Nikol Paşinyanı hakimiyyətə gətirən inqilabın bir ili yaxınlaşır. Artıq işğalçı ölkədə inqilab eyforiyası aradan qalxır və bu baş verdikcə, Nikol Paşinyan hakimiyyəti əvvəlki nüfuzunu itirir. Paşinyanın
14:18 Hikmət Hacıyev Nikol Paşinyana cavab verib "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz". Bunu Mediaxeberleri.az -a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
15:24 Əliyev və Paşinyanın növbəti söhbəti: nələr danışıldı? Mediaxeberleri.az Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin
15:51 “Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirilib İyunun 22-də Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər və regional

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az