t s

» » Dünyanı şoka salan fırıldaqçılıq - Hamı bu rus qızdan danışır - VİDEO

Dünyanı şoka salan fırıldaqçılıq - Hamı bu rus qızdan danışır - VİDEO

12-05-2019, 23:19 Yazar:  Firuzə Baxılıb: 111 Çap et
Dünyanı şoka salan fırıldaqçılıq - Hamı bu rus qızdan danışır - VİDEO
Dünya mediası bu günlərdə "saxta milyonçu" ləqəbi ilə məşhurlaşan rusiyalı Anna Sorokindən danışır.

Mediaxeberleri.az
axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun film hekayələrindən fərqlənməyən fırıldaqçılığı və həyat tərzidir.


Belə ki, Moskvanın yoxsul səmtlərindən birində kamaz sürücüsünün qızı olaraq 1991-ci ildə doğulan Anna Sorokin 2012-ci ildə bir moda firmasında praktika keçmək üçün Nyu-Yorka gedib. O, 2013-cü ildə özünə yeni şəxsiyyət vəsiqəsi alıb və özünü 67 milyon dollarlıq sərvətin sahibi, neft milyonçusunun qızı Anna Delvi kimi tanıtmağa başlayıb.

Qlamur partilərdə görünüb, etibar qazanan Anna 2016-cı ildə Nyu-Yorkun gecəsi 400 dollar olan ən lüks otellərindən birinə yerləşib. Bu tarixdən etibarən, 10 ay ərzində milyoner kimi yaşayıb. Qaldığı oteldə ofisiantlara 100 dollar verərək, varlı şəxslərə onun haqda danışılmasını istəyib. Dost çevrəsini genişləndirən Anna İnstaqramda da özünə səhifə yaradaraq, lüks yaşam tərzi ilə diqqət çəkib.

Bir müddət dostları ilə özəl yaxtada tətilə çıxıb. 35 min 400 dollarlıq yaxta məsrəfini isə ödəməyib. Eyni il Mərakeşdə gecəsi 7 min dollarlıq oteldə tətilə gedib. Lakin geri dönəndə qaytaracağını söz verərək, otelin 62 min dollarlıq xərclərini dostuna ödətdirib.

Onun etdikləri bununla da bitməyib. Sənət vəqfi quracağını deyərək, 22 milyon dollar kredit almaq istəyən Anna bu istəyinə də nail olub. O, daha sonra aldığı pulu geri qaytarmayıb.

Onu ələ verən isə yaxın dostu olub. Beləliklə, Anna 2017-ci ildə həbs edilib. ABŞ mediası bildirib ki, Sorokin 275 min dollarlıq fırıldaqçılıqda günahlandırılır.

Hekayəsi ilə dünya mediasının marağına səbəb olan Anna bir vəkillə müqavilə imzalayaraq, özünü müdafiə edərkən "Həyatımın filmində mənim obrazımı kimin oynayacağı düşünürəm" deyə, cümlələr işlədib.

Daha sonra məlum olub ki, Annanın vəkili onun həyatının ekranlaşdırılması üçün "Netflix" serial və film platforması isə anlaşıb.

Ötən günlərdə Annanın 15 il müddətinə həbs olunmasının tələb olunduğu məhkəmə iclası keçirilib. Vəkili "Anna gənclik xətası edib. Nyu-Yorkun imkanlarından hər kəs faydalanmaq istəyir. Frenk Sinatra da istəmişdi. Hamımızın içində bir az Anna var. Ancaq hər şey əldə edənədək imiş" deyə, söyləyib.

Lakin məhkəmə qərarına əsasən, Sorokin 4 il həbs cəzası alıb. Həbsdə olduğu müddət hesablanarsa, o, bir neçə il sonra azadlığa çıxacaq. Çıxandan sonra isə vətəndaşı olduğu Almaniyaya göndəriləcək.

Bütün bu proseslər zamanı digər maraqlı məqam isə Annanın vəkili tərəfindən gətirilən geyimləri bəyənməməsi olub. O, buna görə bir dəfə məhkəməyə çıxmayıb. Hakim Diana Kisel iclas zamanı "Məhkəmə ilə podiumu qarışdırırsınız" deyə, Sorokinə deyib. Vəkili isə Annaya stilist tutmaq məcburiyyətində qalıb. Məhz, bundan sonra Anna bütün iclaslara dünyaca məşhur dizaynerlərin əl işi olan libaslarla ilə qatılıb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az