t s

» » Qarabağ atları yenə fərqləndi - Londonda bu dəfə yeni kompozisiya nümayiş etdirildi - VİDEO

Qarabağ atları yenə fərqləndi - Londonda bu dəfə yeni kompozisiya nümayiş etdirildi - VİDEO

12-05-2019, 22:56 Yazar:  Firuzə Baxılıb: 52 Çap et
Qarabağ atları yenə fərqləndi - Londonda bu dəfə yeni kompozisiya nümayiş etdirildi - VİDEO
Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş və 2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı beynəl­xalq “Vindzor Kral At­çılıq Şousu”nda bu dəfə “Azərbaycanın kəlağayısı və Qara­bağ atları” adlı şou-kompozisiyası təqdim olunub. Döv­lət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı öz çıxışları ilə tamaşaçıları heyrətləndirməyi bacarıb.

7 dəqiqə davam edən şou müddətində süvariləri­mizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, qılınc­oy­nat­ma səhnələri, döyüş meydanında Azərbaycan qadını tərə­findən kəlağayının yerə atıl­ması ilə savaşa son qoyulması adətinin nü­mayişi xüsusi diqqət cəlb edib.

“Sər­hədçi” rəqs ansamblının çılğın rəqsləri, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzə­rin­də igidlik və hünər dolu tryukları, alov püskü­rənlərin qeyri-adi perfo­manslarından ibarət şou-kompozisiya Böyük Britaniya tama­şaçı­sının rəğbətinə səbəb olub.

Qeyd edək ki, Qarabağ atlarının “Vindzor Kral Atçılıq Şousu”ndaki çıxışları Prezident İlham Əliyevin Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılması və milli at cinslərimizin Azərbaycan brendi kimi dünyada tanıdılması dair müvafiq tapşırıqlarına əsasən keçirilir.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:27 Ağstafa rayon Mədəniyyət Mərkəzində - “Gedək Xocalıya” adlı tamaşa nümayiş etdirildi Ağstafa rayon Mədəniyyət Mərkəzində - “Gedək Xocalıya” adlı tamaşa nümayiş etdirildi. Mediaxeberleri.az xəbər verir ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin iyirmi yeddinci il dönümü ilə əlaqədar 22 fevral
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:53 Xalq artisti: "Yazılanlar yalandır, dövlət mənə nə lazımdırsa hamısını edir" Azər­bay­ca­nın xalq ar­tis­ti, gör­kəm­li aktyor və re­jis­sor Ra­miz Əziz­bəy­li­nin səh­hə­ti­nin kəs­kin pis­ləş­mə­si, qay­ğı və çə­tin­lik­lər için­də ol­ma­sı ba­rə­də elektron KİV-lər­də da­vam­lı ola­raq mə­lu­mat­lar ya­yı­lır. İd­di­a­la­ra gö­rə, R.Əziz­bəy­li­yə Azər­bay­can

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az