t s

» » Bakıda professorun qızı itkin düşdü: tapana mükafat veriləcək -FOTO

Bakıda professorun qızı itkin düşdü: tapana mükafat veriləcək -FOTO

11-05-2019, 12:33 Yazar:  Azad Baxılıb: 20 Çap et
Bakıda professorun qızı itkin düşdü: tapana mükafat veriləcək -FOTO
Bakıda professorun qızı itkin düşüb, onu tapana mükafat vəd olunub.

Mediaxeberleri.az ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

38 yaşlı Hacıyeva Röya Vaqif qızı günorta saatlarında atası Vaqif Hacıyevlə birlikdə Həsən Əliyev küçəsində yerləşən ASAN xidmətin inzibati binasına daxil olublar. Daha sonra qız oradan çıxaraq naməlum istiqamətə gedib.

İtkin düşən xanımın atası Vaqif Hacıyev bildirib ki, R.Hacıyeva ruhi-əsəb xəstəsidir. Atası onu bu gün Türkiyəyə müalicəyə aparacaqdı. Bunun üçün də ASAN xidmətdə sənədlərini qaydasına salırmış.

R.Hacıyeva Rusiya Federasiyasının vətəndaşıdır. Onu görənlərdən və ya tanıyanlardan xahiş olunur ki, 050 389 13 39 mobil nömrəsinə məlumat versinlər. R.Hacıyevanı tapana mükafat vəd edilib.

R.Hacıyevanın itkin düşməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verilib.

Qeyd edək ki, Vaqif Hacıyev Moskva Dövlət Universitetinin professorudur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:43 Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə tədbirlərlə qeyd olunur. Bu gün növbəti belə bayram tədbirlərindən biri Qazax Rayonlararası Ruhi
09:11 Londonda saxlanılan Zamirə Hacıyeva Azərbaycana gətiriləcək - ilginc faktlar Həbsdəki keçmiş bankir arvadının başı dərddə; Hacıyevanın tutulması ilə bağlı yeni təfərrüat Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. “The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə
07:56 Cahangir Hacıyevin xanımı və qızı da həbs təhlükəsi qarşısında “İzahedilməmiş Sərvət Sərəncamı”na (UWO) əsasən Böyük Britaniya ərazisində 4,4 milyard funt-sterlinqlik şübhəli sərvətin izinə düşüləcəyi proqnozlaşdırılır. Buraya öz ölkələrində toxunulmazlıq hüquqları olan güclü elitalara qarşı tədbir görülməsi də daxildir. Mümkün UWO namizədləri gizli saxta
21:55 24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT İsmayıllı rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şamil Hacıyev 2 avqust 2016-cı ildə, arvadı Humay Hacıyevanın istifadəsində olan “Samsung” markalı mobil telefonda Vatsap proqramına baxıb. Sevgi
17:10 Arvadı kənddən Bakıya gedib bacısının qeyri-rəsmi əri ilə “yatdı”, sonra... - 3 uşaq atasından DƏHŞƏTLİ ƏMƏL Yevlax şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Həsən Həsənovun arvadı Şəhanə İsmayılova təxminən bir ay əvvəl Bakı şəhərinə gedərək müvəqqəti olaraq bacısı ilə birlikdə yaşayıb. İki bacının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az