t s

» » 181 169 fermer qeydiyyatdan keçib

181 169 fermer qeydiyyatdan keçib

10-05-2019, 13:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 27 Çap et
181 169 fermer qeydiyyatdan keçib
Bu həftə Şəmkir rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə başlanılıb. Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərə informasiya-məsləhət xidməti göstərəcək könüllülərə təlimlər keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 181 169 fermer qeydiyyatdan keçib. May ayının 10-na olan məlumata görə, Sabirabad rayonunda 11 789, Şəkidə 7278, Saatlıda 6739, Zaqatalada 6708, Biləsuvarda 6637, Cəlilabadda 6471 fermer yeni sistemdə özlərinə şəxsi kabinet yaradaraq, aqrar fəaliyyətlərinə dair məlumatları müvafiq bölmələrdə qeyd ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, fermerlər www.eagro.az saytına daxil olaraq özlərinə şəxsi kabinet yarada və aqrar fəaliyyətlərini EKTİS-də bəyan edə bilərlər:

“Fermerlərimizi bu prosesdə daha aktiv olmağa çağırırıq. Fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, “ASAN xidmət” mərkzələrində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyat proseduru ilə bağlı yarana biləcək sualları ünvanlaya bilərlər. Əməkdaşlarımız və könüllülərimiz bütün suallara tam şəkildə aydınlıq gətirəcəklər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:40 Elektron sistemindən qeydiyyatdan keçmiş fermerlərin sayı 47 mini üstələyib Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 47 050-yə çatıb. Bu barədə Mediaxeberleri.az -a Nazirlikdən bildirilib. Məlumata görə, EKTİS-də ən çox Biləsuvar, Salyan, Şəki və Şamaxı rayonlarında yaşayan fermerlər
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
23:27 Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb - VİDEO Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiri və elektron idarəetmə şöbəsinin əməkdaşları fermerlərin öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə köməklik göstərəcək könüllülərə xüsusi təlim keçiblər. Təlimlərdə əməkdaşlara sistemin
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az