t s

» » Əmlak Komitəsi ən geniş mobil qeydiyyat xidmətini reallaşdırır

Əmlak Komitəsi ən geniş mobil qeydiyyat xidmətini reallaşdırır

10-05-2019, 12:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 27 Çap et
Əmlak Komitəsi ən geniş mobil qeydiyyat xidmətini reallaşdırır
Əmlak Məsələləri Dövlət Komitəsi indiyədək keçirilən ən geniş mobil qeydiyyat xidmətini reallaşdırır. Belə ki, vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin edilməsi, xidmətlərdə əlavə təmasın olmaması, o cümlədən qeydiyyat xidmətlərinin birbaşa olaraq vətəndaşlara çatdırılması istiqamətində işlər intensiv xarakter almaqdadır. Qeydiyyat xidmətlərinin ünvanda göstərilməsi vətəndaş məmnunluğunun atırılmasına yönəlib.

Mediaxeberleri.az
xəbər verir ki, bu məqsədlə mayın 8-dən etibarən Abşeronun Masazır qəsəbəsində yerləşən "İlin dörd fəsli Mənzil-Servis" MTK-ya məxsus yeni inşa edilmiş bina sakinlərinə yaşadıqları məkanda səyyar xidmət göstərilir. Vətəndaşların arzusunda olduğu çıxarışın əldə olunması üçün onlardan ilkin sənədlər toplanır. Bu kampaniya mayın 15-nə kimi davam edəcək.

Qeyd edilməlidir ki, mobil qeydiyyat xidməti 52 binanı əhatə edir və 2522 sakindən ilkin sənədlər toplanır. Eyni zamanda belə bina sakinləri və MTK üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilib ki, onlar şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışı təqdim etməklə çıxarışa sahib ola bilər. Sözügedən sənədlərin vətəndaşlara verilməsi barədə MTK-ya tövsiyə olunub.
Bununla da vətəndaşlarla MTK arasında çıxarışın əldə olunması ilə bağlı yaranan məsələlərə son qoyulur, qeyri-leqal ödənişlərin verilməsi hallarının qarşısı alınır. Bina sakinlərinə yaşadıqları yerlərdə mobil qeydiyyat xidmətlərinin göstərilməsi vətəndaş-məmur ünsiyyətinin azaldılmasına, vaxt itirmədən, rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasına səbəb olur.
Sakinlərə bildirildi ki, əmlaklarını rəsmi qeydiyyata alan zaman tələb olunan dövlət rüsumu və xidmət haqqını “Əmlakın qeydiyyatı kalkulyatoru” vasitəsilə əvvəlcədən, onlayn qaydada öyrənə bilərlər.

Bundan başqa, o da qeyd edildi ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edəcək. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalındakı şəxsi kabinetində yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
19:56 Daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verilib Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir. Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı işləri daha da sadələşir. Artıq dövlət reyestrindən çıxarış almaq üçün əhalinin təqdim etdiyi sənədlərin arxiv əsasının olub olmadığı
08:15 Kərəm Həsənovun Reyestr Xidmətində işləyən qohumları astronomik rüşvət tələb edirlər – İttiham “Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb,
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
18:07 Daşınmaz əmlakın sənədləşdirilməsi - Komitədən «kütləvi çıxarış» kampaniyası Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması və daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə tədbirləri davam etdirir. Əmlak sahiblərinin qeydiyyat xidmətlərindən daha rahat şəkildə yararlanması məqsədilə komitə tərəfindən reallaşdırılan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az