t s

» » Erməni nazir danışıqların mühüm detalını açıqladı

Erməni nazir danışıqların mühüm detalını açıqladı

10-05-2019, 07:48 Yazar:  Gülnar Baxılıb: 30 Çap et
Erməni nazir danışıqların mühüm detalını açıqladı
"Azərbaycanla əsirlərin dəyişdirilməsinə dair danışıqlar davam edir. Hamının hamıya prinsipinin bəzi detallarını aydınlaşdırmağa ehtiyac var. Yəni "hamı" dedikdə kimlərin nəzərdə tutulduğu müəyyən edilməlidir.

Bu barədə Ermənistanın müdafiə naziri Irəvanda jurnalistlərə bildirib.

Tonoyan Azərbaycanla aparılan danışıqların konkretləşmədiyini deyib.

“Hələlik konkret vəzifə yoxdur, amma danışıqlar gedir. Bildiyiniz kimi mən müvafiq komissiyanın sədriyəm. Hazırda danışıqlar gedir ki, biz kimi kimlə dəyişdirmək məsələsini anlayaq”- Tonoyan bildirib.

Xatırladaq ki, erməni tərəfi Dağlıq Qarabağda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovu əsir və girovların dəyişdirilməsinə dair danışıqlardan kənarda saxlamağa çalışır. Dağlıq Qarabağın separatçı rəhbərliyi bildirir ki, onların azad edilməsindən söhbət gedə bilməz. Azərbaycan tərəfi isə neçə vaxtdır əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:49 Ermənilər Dilqəmdən başqa digər girovları buraxa bilər - səbəb Əsir və girovların “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlir. Xəbər verildiyi kimi, bu dəfə məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən səsləndirilib. Xatırladaq ki, rəsmi Bakı bir neçə dəfə Ermənistanı əsir və girovların “hamının hamıya”
10:46 Kəlbəcərli girovlar azad oluna bilər Noyabrın sonunda Tiflisdə mühüm görüş olacaq Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədən zaman saxlanılmış Ermənistanın kəşfiyyat-diversiya qrupunun üzvü Karen Kazaryanın cinayət işi üzrə məhkəmə başlayıb. K.Kazaryan noyabrın 7-də məhkəmə qarşısına çıxarılıb. Erməni diversantın işinə
22:44 Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib – FOTOLAR Fransanın paytaxtı Paris şəhərində 10 Dekabr – beynəlxalq insan hüquqları gününüə həsr olunmuş beynəlxalq tədbir keçirilib. Mediaxeberleri.az-a daxil olan məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd öz dədə-baba yurdlarını ziyarətə gedərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az