t s

» » Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7-05-2015, 11:58 Yazar:  Əsmər Baxılıb: 447 Çap et
Magistraturaya ixtisas seçimi başladıTQDK məlumat yayıb.

2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi 2015-ci il mayın 7-dən 12-dək aparılır.

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Mediaxeberleri.az-a daxil olan məlumata görə, ixtisaslaşma seçiminə 2015-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.

Bakalavrlar “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-yə qədər ixtisaslaşma kodunu göstərə bilərlər.

Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla TQDK-nın internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.

Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Xarici dil imtahanını ərəb və ya fars dili üzrə verən bakalavrlar “İxtisaslaşma seçimi cədvəli”nə əsasən, yalnız 38 saylı proqrama aid olan ixtisaslaşmaları və ya 46 saylı proqrama aid olan ixtisaslaşmaları seçə bilərlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmasını yalnız Təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. AMEA-nın magistraturasının ixtisaslaşmalarını müsabiqə şərtini ödəməklə bərabər, 2015 ci il mayın 4-dən 8 dək AMEA-da müsahibədən keçərək “məqbul” qiymət almış bakalavrlar seçə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaqdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:41 TQDK imtahan keçirir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. Mediaxeberleri.az bildirir ki, TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahan Bakı, Naxçıvan
09:33 Ali məktəblərə sənəd qəbulu başladı Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDbK) ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edib. TQDK-nın mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən xəbərə görə,
15:35 Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı İmtahanda ən yüksək nəticə isə 96 bal olub. 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə fevralın 22-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komitəsindən (TQDK) Mediaxeberleri.az-a verilən məlumata
16:28 Qəbul və buraxılış imtahanlarının keçirilmə vaxtları açıqlandı - TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komssiyası növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə: - ərizə qəbulu - 03 - 12
10:18 Magistraturaya qəbulun birinci mərhələsi keçirilir Azərbaycanda bu gün ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, imtahanda bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az