t s

» » "Əvvəllər evdə xalçanı lampa işığında toxuyurduq" - Prezidentin xalçaçılarla maraqlı DİALOQU

"Əvvəllər evdə xalçanı lampa işığında toxuyurduq" - Prezidentin xalçaçılarla maraqlı DİALOQU

8-05-2019, 10:03 Yazar:  Firuzə Baxılıb: 81 Çap et
"Əvvəllər evdə xalçanı lampa işığında toxuyurduq" - Prezidentin xalçaçılarla maraqlı DİALOQUXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışında da iştirak ediblər. Bununla belə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

Mediaxeberleri.az xəbər verir ki, yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılış mərasimində dövlət başçısı müəssisənin işçiləri ilə söhbət edib.

Prezident İlham Əliyev: İşiniz necədir, razısınız?

İşçilər: Çox sağ olun. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Nə qədər əməkhaqqı verilir, qane edir?

İşçi: Şükür lap yaxşıdır. Sizdən də, müdiriyyətimizdən də razıyıq. Çox sağ olun. Həmişə Siz gələsiniz.

Prezident İlham Əliyev: Xalçaçılıq elə sənətdir ki, Azərbaycan xalqının istedadını dünyaya göstərir. Eyni zamanda, xalçaçılıq sənəti böyük işlərin təkanverici amilidir. Məsələn, indi ölkəmizdə yun tədarükü mərkəzləri yaradılır. Beş mərkəz yaradılıb, biri də burada. Sumqayıtda yunəyirici-boyaq fabriki yaradılır. Yəni, gələcəkdə biz özümüzü bütün xammalla – iplər, boyaq və yun ilə təmin edəcəyik. Beləliklə, minlərlə iş yeri yaradılır və yaradılacaq. Sahibkarlar da bu işlərdə fəal iştirak edirlər. Sizin də işiniz ümumi inkişafımıza böyük dəstək olacaqdır.

Sahibkar: Cənab Prezident, biz uzun müddət idi ki, tədarük etdiyimiz yunu heç yerə verə bilmirdik. Sizin sayənizdə bura açılıb, biz çölə tulladığımız, sata bilmədiyimiz yunu bu gün buraya veririk, çoxlu pul qazanırıq. Bu pula mal-qara alırıq, fermamızı genişləndiririk. Bizə bu şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Sahibkarlara gözəl şərait yaradılıb. Mən sahibkarları dəstəkləyirəm, onlara dövlət tərəfindən maddi dəstək göstərilir. Bilirsiniz ki, güzəştli şərtlərlə kreditlər verilir. Bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kreditlər veriləcək ki, onlar öz işlərini daha da yaxşı qura bilsinlər. Eyni zamanda, yun tədarükü ilə bağlı göstəriş verilmişdir ki, məntəqələr yaradılmalıdır. Çünki bu, böyük problem idi, yun tədarükü kortəbii şəkildə təşkil olunurdu. İndi bu iş mərkəzləşmiş qaydada görülür. Beş məntəqə yaradılıb və hər zonanın fermerləri artıq bilirlər ki, yunu hara gətirsinlər, kimə təhvil versinlər və pullarını alsınlar. Fəhlələr də, toxucular da işləyirlər və budur, bir zəncir yaradılır. Əminəm ki, Azərbaycanda yun tədarükü böyük dərəcədə artacaq.

İşçilər: Çox sağ olun. Allah Sizdən razı olsun. Kollektivimiz adından Sizə təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, cansağlığı arzulayırıq, bizə bu şəraiti yaratdığınıza görə Sizə minnətdarıq.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Bununla belə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər. Xalçaçılar prezidentə təşəkkürlərini bildirib və razılıqlarını ifadə ediblər.

Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Burada iş şəraitiniz necədir, razısınız?

Xalçaçılar: Çox sağ olun, hamımız razıyıq, çox razıyıq.

Prezident İlham Əliyev: Əməkhaqqı necə?

Xalçaçılar: Əməkhaqqımız artırılıb, çox yaxşıdır. Toxucularımız sevinə-sevinə işləyirlər.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu fabrik açılana qədər siz haradasa işləyirdiniz?

Xalçaçı Sevinc Həşimova: Xeyr, evdar xanım olublar.

Prezident İlham Əliyev: İndi sizin üçün gözəl şərait yaradılıb, ailə büdcənizə də böyük töhfə olacaq.

Xalçaçı Sevinc Həşimova: Əvvəllər evdə xalça toxuyurduq. Bəzən işığımız yanmırdı, lampa işığında toxuyurduq. Şükür Allaha, indi gur işıqlı, gözəl emalatxanamızda xalçalarımızı toxuyuruq. Buna görə Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən çox şadam ki, biz bu fabrikləri yaradırıq. Bütün fabriklər işə düşəndən sonra təqribən 4500-ə yaxın qadın üçün iş yeri olacaq. Əminəm ki, gələcəkdə bu proqram daha da geniş vüsət alacaq. Dövlət öz üzərinə düşən vəzifəni icra edir, bu fabriklər dövlət xətti ilə yaradılır. Amma ümid edirəm gələcəkdə sahibkarlar da bu sahəyə sərmayə qoyacaqlar ki, bu işlər daha geniş vüsət alsın və Azərbaycanın hər bir yerində xalçaçılıq sənəti yaşasın. Çünki bizim bütün bölgələrin özünəməxsus xalçaçılıq məktəbi var. Bu məktəblər bir-birindən fərqlənir. Əlbəttə, bu fərqi mütəxəssislər çox yaxşı seçə bilirlər. Bu isə onu göstərir ki, Azərbaycan çox zəngin mədəniyyətə, çox zəngin tarixə, zəngin ənənələrə malik olan ölkədir. Qədim sənətimizi biz bu gün yaşadırıq, dirçəldirik.

Xalçaçı Əsarə Abdulrəhimova: Sizin sayənizdə, cənab Prezident. Allah Sizi qorusun. Xoş gəlmisiniz. Həmkarım emalatxanamız haqqında danışdı. Mən isə Sizə rayonumuzun inkişafına görə “Çox sağ olun!” deyirəm. Qobustanlıların əsas problemi olan içməli suyu çəkdirmisiniz. Bu, Sizin Qobustana beşinci səfərinizdir. Buna görə bütün qobustanlılar adından Sizə təşəkkür edirik, Sizi həmişə dəstəkləyirik. Şəhərimizin kanalizasiya, yol problemləri həll edilib. Buna görə Sizə minnətdarıq. Bütün qobustanlılar Sizi dəstəkləyir, həmişə Sizin arxanızdayıq, Sizi çox sevirik.

Prezident İlham Əliyev: Sağ olun. Biz Qobustan rayonunun timsalında ölkəmizin ümumi inkişaf dinamikasını görürük. Çünki vətəndaşları narahat edən əsas problemlər həll olundu. İçməli su ilyarım bundan əvvəl təmin olundu. Qeyd etdiyim kimi, qazlaşdırma 90 faizə çatıb, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, yollar çəkilir və növbəti mərhələdə yeni yol layihələri icra ediləcəkdir. Müasir xəstəxana tikilib. Bir neçə məktəb tikilib və təmir edilib, bu proses davam etdiriləcək. İş yerlərinin yaradılması ilə bağlı böyük işlər görülür. Yeni iş yerlərinin yaradılması prioritet məsələdir. Sahibkarlıq, kənd təsərrüfatı inkişaf edir. Bakıdan Qobustana çox gözəl yeni yol çəkildi. Əvvəllər ikicərgəli idi, indi dördcərgəlidir. Yəni, bütün lazımi işlər görülüb. Bütün bu işlər rayonun gələcək inkişafına təkan verəcək.

Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edildi, sayca dördüncü proqramdır. Üç proqramın icrası nəticəsində bir çox işlər görüldü. Dördüncü proqram bu günə qədər görə bilmədiyimiz işləri də təmin edəcək. Beş il ərzində Azərbaycanın bütün bölgələrində bütün infrastruktur məsələləri öz həllini tapacaq və bu, ölkəmizin gələcək inkişafına böyük dəstək olacaqdır.

Xalçaçı Azadə Fənarə: Hörmətli Prezidentimiz, xoş gəlmisiniz. Rayonumuzun bütün əhalisi adından, xalçaçılar adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Nənələrimizdən miras qalan xalçaçılıq sənətini bizə yenidən bəxş etdiyinizə görə Sizə uğurlar diləyirəm, Sizi Rəbbim qorusun.

İcazənizlə, bu balaca xalçanı Mehriban xanıma təqdim etmək istəyirəm. Mehriban xanım, bu, Qobustanın rəmzidir, qapının üstünə asırlar, sağlıqla işlədin. Bütün qobustanlılar adından Sizə təşəkkür edirəm.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Mənim dərin hörmətimi qobustanlılara çatdırın.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:55 Prezident xalçaçılarla görüşdü - Foto Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər PİA.AZ Azərtac-a istinadən xəbər verir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşüblər. Xalçaçılar: Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz. Müəssisənin
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az