t s

» » Oruc tutarkən baş ağrısının qarşısını necə alaq?

Oruc tutarkən baş ağrısının qarşısını necə alaq?

8-05-2019, 08:20 Yazar:  Firuzə Baxılıb: 107 Çap et
Oruc tutarkən baş ağrısının qarşısını necə alaq?
Ramazan ayında oruc tutanların əksəriyyəti baş ağırısından şikayət edir.

Mediaxeberleri.az
Axşam.az-a istinadən ağrıların baş vermə səbəblərini və qarşısının alınması yollarını açıqlayır:

Kofein çatışmazlığı

Bu hal esasən kofeyə, çaya çox bağlı olan şəxslərdə görülür. Ramazan ayından öncə gün ərzində çox kofe içən adamların bədənində bu maddədən asılılıq yaranır. Oruc olarkən də gün ərzində bu asılılıq özünü baş ağrıları ilə büruzə verir. Səhər imsak edərkən bir fincan tünd kofe içmək sizə kömək edəcək.

Qan şəkərinin düşməsi

Oruca bağlı olaraq qan şəkərinin düşməsi halına çox rast gəlinir. İnsanların gundə bir neçə dəfə yemək tərzindən anidən imtina etməsi qan şəkərinin oynamasına səbəb olur və bu da baş ağrıların gətirib çıxarır. Ona görə də, Ramazan ayı gəlmədən öncə şirniyyat qəbulunu azaltmaq problemin həllinə yardımçı olacaq.

Susuz qalmaq

İnsan beyninin əksər hissəsi sudan ibarətdir. Gün ərzində uzun müddət su içməmək baş ağrılarına səbəb olur. Beyin susuzluğa dayana bilmək üçün sudan istifadəni azaldır. Bu zaman histamin ifraz edilir ki, bu da baş ağrısı və yorğunluğa səbəb olur. İmsak və iftar zamanı yetəri miqdarda su qəbulu yorğunluq və ağrılara çarə olacaq.

Yuxusuzluq

Yuxu rejiminin pozulması da baş ağrısına səbəb ola bilər. Ona görə, gün ərzində ən az 7 saat yatmaq olduqca vacibdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:07 Mart ayının ən şanslı bürcləri, işiniz yağ kimi gedəcək... QOÇ Mart ayı üçün şərh... Mart 2019-in ilk hissəsi Qoç üçün ehtiraslı və sürprizlərlə dolu olmağı vəd edir. Həm Mars həm də Venera Qoç bürcündə olacaq: Venera eşq və başdan çıxarma planeti və Mars arzu və fəth planetidir. Mars-Venera kombinasiyası, bu potensialdan istifadə edərək erotik
10:28 Kofein insan sağlamlığı üçün vacibdir Hələ qədim dövrlərdə müxtəlif kimyagərlər uzunömürlülüyün sirrini tapmağa çalışıblar. “Brittanica” ensiklopediyasında yazılana görə, filosoflar uzunömürlülüyün sirri kimi daim “Fəlsəfə daşı” adlandırdıqları naməlum maddənin kəşfi üçün çalışıblar. Lakin buna müfəssəl olmaq mümkün olmayıb. Bəs
08:12 Ramazan ayında insanın qidalanma ilə bağlı 7 səhv addımı Mübarək Ramazan ayının ilin ən isti günlərinə düşməsi ilə gün ərzində 17-18 saat oruc olaraq ac və susuz qalan insanların iftar vaxtı səhv qidalanma vərdişləri mədənin sağlamlığını təhlükə qarşısında qoya bilər. Mediaxeberleri.az deyerler.org-a istinadən bildirir ki, məsələn: orucu buzlu su ilə
13:03 "Beyin şişləri daha çox 40-60 yaş arası xəstələrdə görülür" - MÜSAHİBƏ Beyin-sinir cərrahiyyəsi tibbin ən çox diqqət və təcrübə tələb edən sahələrindən biridir. İstər təhsilin gərginliyi, istərsə də praktik tətbiqlərinin çətinliyi səbəbindən neyrocərrahların sayı çox deyil. Çox vaxt əməliyyatlar 8-15 saata qədər davam edə bilir. Bu səbəbdən bir sıra ölkələrdə bu
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az