t s

» » Poylu kəndində səyyar görüş keçirildi

Poylu kəndində səyyar görüş keçirildi

6-05-2019, 20:48 Yazar:  Aytən Məmmədli Baxılıb: 269 Çap et
Poylu kəndində səyyar görüş keçirildi
Rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Poylu kəndində səyyar görüş keçirdi.

Mediaxeberleri.az
xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İcra başçısı respublikamızın bütün sahələrindəki dinamik inkişafından, hökm sürən ictimai-siyasi sabitliyindən, hərbi qüdrətindən, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları ilə son zamanlar Ağstafada geniş vüsət almış abadlıq-quruculuq işlərindən və inşası uğurla davam etməkdə olan irimiqyaslı sosial infrastruktur layihələri qeyd edərək təsis edilmiş sənaye, istehsal və emal müəssisələri, orada yaradılmış yüzlərlə yeni iş yerləri barədə görüş iştirakçılarına ətraflı məlumat veribdir.

Sonra səyyar görüşdə sakinlərin təklif və müraciətləri qəbul olunub. Sakinlər yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsi və elektrik təsərrüfatının yenilənməsini, mərkəzi suvarma arxının betonlanmasını,2 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın inşa olunmasını, Poylu kənd tam orta məktəb binasının və Mədəniyyət evinin əsaslı təmir etdirilməsini xahiş etdilər.

İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi. Qaldırılan məsələlərin yaxın zamanda həllini tapması istiqamətində lazımı tədbirlər görüləcəyi bildirildi.

Görüşdə iştirak edən vətəndaşlar kənddə görülən abadlıq, quruculuq işlərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Sonda Poylu kənd tam orta məktəbinə, 2 saylı körpələr evi-uşaq bağçasına, mədəniyyət evinə baxış keçirildi.

Poylu kəndində səyyar görüş keçirildi
Poylu kəndində səyyar görüş keçirildi
Poylu kəndində səyyar görüş keçirildi
Poylu kəndində səyyar görüş keçirildi
Poylu kəndində səyyar görüş keçirildi
Poylu kəndində səyyar görüş keçirildi
Poylu kəndində səyyar görüş keçirildi
Poylu kəndində səyyar görüş keçirildi
Poylu kəndində səyyar görüş keçirildi
Poylu kəndində səyyar görüş keçirildi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:19 Vurğun qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi Ağstafa rayonunun Vurğun qəsəbəsinin sakinləri ilə növbəti görüş 2 saylı körpələr evi-uşaq bağçasının həyətində keçirildi. Mediaxeberleri.az xəbər verir ki, görüşdə rayonun-hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin
20:24 Həsənsu kənd sakinləri ilə növbəti səyyar görüş keçirildi Ağstafa rayonunda Həsənsu kənd sakinləri ilə növbəti səyyar görüş keçirildi. Mediaxeberleri.az xəbər verir ki, Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Həsənsu kəndində səyyar görüş keçirdi. Görüşdə rayonun-hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
20:57 100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA Bəlkə də bu gün yeni istifadəyə verilən Qazax şəhərindəki körpələr evi və uşaq bağçası qərb bölgəsində ilk dəfə və birincidir. Rayon icra hakimiyyətinin başçısı, rayonda yeni-yeni iş yerlərinin açılmasında, tikinti və quruculuq işlərinin sürətlə və davamlı aparılmasında birbaşa yüksək əməyi olan
09:26 CƏLİLABAD HAQQINDA ŞOK DSOYE - İLGİNC FAKTLAR Mürsəlov Mirşamil və ailəsi Cəlilabadda nə oyunlardan çıxır? "Geniş meydan" media qrupu vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışdır. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az