t s

» » Moskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEO - FOTO

Moskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEO - FOTO

6-05-2019, 07:36 Yazar:  Azad Baxılıb: 73 Çap et
Moskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEO - FOTO
06.05.2019

06:31

Rusiyanın "Şeremetyevo" hava limanında baş verən təyyarə yanğınında ölənlərin sayı 41-ə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İstintaq Komitəsinin nəqliyyat üzrə Moskva Regionlararası İdarəsinin nümayəndəsi Yelena Markovskaya bildirib.

Daha öncə 13 nəfərin həlak olduğu bildirilirdi.

Hazırda bütün xilasetmə işləri başa çatıb.

Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 13 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

---------

02:22

Moskvanın Şeremetyevo hava limanında qəza enişi edən təyyarədə baş verən yanğın nəticəsində ölənlərdən ikisi uşaqdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Qeyd edək ki, dünən Moskvanın Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 13 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. Şeremetyevo hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

-----------------

05.05.2019

22:21

Moskvada qəza enişi edən "Sukhoi Superjet 100" təyyarəsinin alışması nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində daha 6 nəfər yaralanıb. Sərnişinlərin bir hissəsinin taleyi məlum deyil.

---------

21:16

Moskva - Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.

Milli.Az bildirir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

---------

20:35

Moskva - Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.

Mediaxeberleri.az axar.az-a istinadən bildirir ki, enişdən sonra yanğın güclənib və təyyarə bütünlüklə alova bürünüb.

Olay zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.

Hadisənin səbəbləri araşdırılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
09:39 Rusiyada təyyarə qəzasında ölən azərbaycanlı biznesmen imiş- YENİLƏNİB+VİDEO Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib. Orskdakı Azərbaycan icmasından verilən məlumata görə, N.Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub. N.Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb.
09:13 MDB dövlət başçıları Moskvada nədən danışdılar? – ÇIXIŞLAR + VİDEO + FOTO Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti
15:10 Azərbaycana uçan təyyarəni göyərtədə olan qatilə görə geri qaytardılar Rusiya DİN əməkdaşları Azərbaycana uçan təyyarəni geri qaytarıblar, səbəb isə göyərtədə qalmaqallı qətldə şübhəli bilinən qatilin göyərtədə olması idi. Mediaxeberleri.az bu barədə “Life”a istinadən xəbər verir. “Moskvanın cənubi-qərbində parkinqdə qətldə şübhəli bilinən əslən dağıstanlı olan
12:17 Rusiya hava limanında iki təyyarə toqquşdu Rusiyanın Xabarovsk hava limanında iki təyyarə toqquşub. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Aeroflot” aviaşirkətinə məxsus Boeng 777 təyyarəsi eniş-uçuş zolağına daxil olarkən An- 26 təyyarəsi ilə toqquşub. İnsident zamanı heç kəs xəsarət almayıb. Moskvaya uçuş

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az