t s

» » Müzakirələr başlanıldı: İşığın limiti artırıla bilər

Müzakirələr başlanıldı: İşığın limiti artırıla bilər

5-05-2019, 19:04 Yazar:  Firuzə Baxılıb: 38 Çap et
Müzakirələr başlanıldı: İşığın limiti artırıla bilərVətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel qərarı ilə əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.

Mediaxeberleri.az Modern.az-a istinadən xəbər verir ki, Tarif Şurasının 30 aprel qərarından sonra elektrik enerjisinin istehlakı ilə bağlı da analoji addımın atılacağı gözlənilir.

Mənbə bildirir ki, hazırda "Azərenerji" ASC-də prezident Baba Rzayev, hökumət nümayəndələri, iqtisadçılar və deputatlar tərəfindən daxil olan təkliflər dəyərləndirilir. Müzakirələr yekunlaşdıqdan sonra ən optimal variant üzrə qərar veriləcək.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:39 Hökumət işığa tətbiq edilən limitin artırılması məsələsinə baxır Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel qərarı ilə əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan
20:35 Təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb. Mediaxeberleri.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki,
09:44 Elektrik enerjisinin qiyməti ilə bağlı dəyişiklik qüvvəyə minib Bu gündən Tarif Şurasının elektrik enerjisinin qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib. Mediaxeberleri.az Virtual Azərbaycana istinadən xəbər verir ki, Şuranın qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış
13:23 Qubad İbadoğlu: Azərbaycanda qiymətlərin artımının yeni dalğası başlayacaq İqtisadçı Qubad İbadoğlu Tarif Şurasının qərarını şərh edib. Hansı qiymətlər bahalaşıb? Qaz və işığın satış qiymətlərinin diferensiallaşdırılması (istehlak səviyyəsinə görə fərqləndirilməsi) barədə qərar qəbul edilib. Belə ki, Tarif Şurasının dünənki iclasında təbii qaz, elektrik enerjisi, soba
08:35 “Azərenerji”də ciddi menecment qüsurları mövcuddur Pirverdiyev “Azərenerji”ni batırır... “Azərenerji” ASC-nin ötən ilk fəaliyyətinin auditi ölkənin elektrik enerjisi operatorunun maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarıb. “Deloitte” şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az