t s

» » “Azəriqaz”da yenilik

“Azəriqaz”da yenilik

19-02-2015, 22:40 Yazar:  Aygün Baxılıb: 824 Çap et
“Azəriqaz”da yenilik“Azəriqaz” İstehsalat Birliyi (İB) qaynar xəttinin xidmətlərini daha da təkmilləşdirərək əhaliyə yeni xidmət təklif edəcək. Hazırda bununla bağlı iş gedir və proses yaxın vaxtlarda yekunlaşacaq”.

Bunu Publika.az-a “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, “Azəriqaz” qaynar xidmətlər üzrə əhali müraciətlərini təkmilləşdirərək xidmətlər üzrə yeni sistem qurur: “Vətəndaşların müraciətinə operativ yanaşma sistemi tətbiq olunacaq və bu da şikayətlərə rəhbərlik tərəfindən birbaşa nəzarət imkanı yaradır. "104" və ya “185” xidmətinə zəng etdikdə elektron cavablandırma sistemi işə düşəcək. Xidmətin fərqi ondadır ki, şikayətlər istiqamət üzrə birbaşa problemlə əlaqədar bölmələrə yönləndiriləcək. Həmçinin zəng vuran şikayətçi xətdə neçənci adam olması haqqında da məlumatlandırılacaq”.

İ. Kərbəlayevin sözlərinə görə, zəng edən şikayətçilərin səsi yazılacaq və arxivləşdiriləcək. Müraciət kompüterdə əks olunacaq və təcili məsələlərlə bağlı olduqda dispetçer xidmətinə yönləndiriləcək. Elektron formada olan müraciətlərə də dərhal baxılaraq cavab veriləcək.

İ. Kərbəlayev onu da bildirdi ki, müraciətlərlə bağlı gündəlik və ya həftəlik hesabatlar tərtib olunacaq. Qurum rəsmisinin sözlərinə görə, əhalinin daha yaxşı xidməti təmin etmək üçün yaradılan bu yeniliyin yaxın vaxtlarda işə düşəcəyi gözlənilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:24 Qanunsuz evlər sökülməyəcək - ŞAD XƏBƏR “Söküntü işləri qeyri-müəyyən vaxtadək təxirə salınıb”. Bu sözləri axar.az-a SOCAR-ın Hüquq İdarəsinin rəis müavini Tərlan Tahirov ARDNŞ ərazisində qanunsuz olaraq tikilən evlərin taleyinə münasibət bildirərkən dedi. Qurum rəsmisinin sözlərinə görə, evlərin söküntüsü ilə bağlı məhkəmə qərarı var,
08:31 Müəllif hüquqları ilə bağlı yeni elektron - xidmətlər Azərbaycan Müəllif Hüquqları Agentliyi “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrası ilə əlaqədar yeni elektron xidmətlər yaradır. Bu barədə agentliyin 2014-cü il üzrə fəaliyyəti barədə qısa icmalda deyilir. İcmalda həmçinin əks olunur ki, hazırda
23:10 Saxta diplomlarla elektron mübarizə aparılacaq TQDK sədri Məleykə Abbaszadə dünən “Abituriyent” jurnalının təqdimatında bildirib ki, tələbə-məzun bazasında indiyədək qeydiyyatdan keçənlərin sayı 2 milyon 500 minə çatıb. Onlardan 23 minə qədəri TQDK-dan kənar aparılan qəbullar vasitəsilə diploma sahib olub. TQDK sədri güman edir ki, 23 min
15:21 Yeni elektron ticarət platforması hazırlanır Azərbaycanda yeni elektron ticarət platforması hazırlanır. Bu barədə telekommunikasiya bazarındakı mənbə məlumat verir. Layihə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrantı hesabına həyata keçirilir. Elektron ticarətin inkişafına yönəlmiş yeni platforma ilin birinci yarısının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az