t s

» » Vyetnam mazının bilmədiyiniz 11 MÖCÜZƏSİ

Vyetnam mazının bilmədiyiniz 11 MÖCÜZƏSİ

2-05-2019, 21:00 Yazar:  Firuzə Baxılıb: 69 Çap et
Vyetnam mazının bilmədiyiniz 11 MÖCÜZƏSİSon zamanlar "Ucuz məhsullarla həyatınızı dəyişin" adı altında bir sıra məqalələr yazılır.

Mediaxeberleri.az olke.az-a istinadən bu vasitələrdən biri olan, el arasında "Vyetnam mazı" adlanan müalicəvi balzam haqqında araşdırma yazını təqdim edir.

Uşaqlıqdan bizə tanış olan bu qırmızı, üzəri ulduz şəkilli balzam bir çox işimizə yaraya bilər. Balzamın tərkibi qarışqa turşusu, mentollu yağlar, evkalipt, mixək, darçın, nanə, itburnu ekstraktı, vazelin, kamfora yağı və digər köməkçi maddələrlə zəngindir. Bu mazın isidici tərkibi orqanizmi canlandırır, qan dövranını yaxşılaşdırır, dərinin təzələnməsinə kömək edir.

Hər bir qadın "Vyetnam maz"ının 11 ən xeyirli üsullarını bilməlidir.

1. Havanı təmizləyir

Bunun üçün hava təravətləndiricinin içinə bir az balzam əlavə edib çalxalayın. Sonra bu qarışımdan otağa vurun. Bu havadakı mikrobları, zərərli maddələri dərhal məhv edib, təravətli qoxu yaradacaq.
2. Dabanlarınızı təmizləyəcək

Gecə yatmamışdan qabaq dabanlarınıza balzamdan nazik qat sürtüb corab geyinin. Bir gecə ayağınızda saxlayıb səhər qabarmış dərini dabandaşı ilə təmizləyin. Bu proseduru 2-3 gün etsəz dabanlarınızın pambıq kimi yumşaq olmasının şahidi olacaqsınız.

3. Baş ağrılarını aradan qaldırır

Bunun üçün balzamdan bir az götürüb gicgahlarınıza və alnınıza çəkib yavaşca masaj edin. Balzam dərhal isitmə funksiyasını yerinə yetirib ağrını dəf edəcək.


4. Heyvanların xoşagəlməz qoxusunu yox edir

Əgər siz evdə heyvan bəsləməyi sevirsinizsə vyetnam mazı burada da köməyinizə çatacaq. Balzamdan bir az suya əlavə edib, heyvanlarınızın tualetlərinin etdiyi yerlərə səpin. Bu xoşagəlməz qoxunu dərhal yox edəcək. Bundan əlavə o sizi həşaratlardan da qoruyacaq. Həşaratlara qarşı bütün qoruyucu vasitələrin tərkibində kimyəvi maddələr olur. Təbii vasitə kimi siz burada da bu qarışımdan istifadə edə bilərsiniz. Bu sizi və evinizi milçəklərdən, ağcaqanadlardan və digər həşaratlardan qoruyacaq.

5. Dırnaq göbələyini müalicə edir

Bunun üçün hər gün yatmamışdan öncə balzamdan göbələk infeksiyası olan dirnaqlarınıza çəkin. Bir müddətdən sonra balzamın möcüzəvi nəticəsinin şahidi olacaqsınız.
⠀6. Qarın yağlarını əridir

Kamfora həblərini spirt, soda və vyetnam mazı ilə qarışdırın. Krem şəklində olan qarışımdan qarın nahiyəsinə çəkib sellofanla bağlayıb yatın. Bu prosesi 2 həftə təkrarlayın. Bundan alınan nəticə sizi çox qane edəcək.


7. İltihab və infeksiyanın qarşısını alır

Zədə və yaralar asanlıqla infeksiyaya yoluxa bilir. Bunun üçün əvvəl yaraları təmizləyib az miqdarda vyetnam mazı sürtün. Bu yaraların sağalma prosesini tezləşdirəcək.

8. Sizin yumşaq mebelinizi pişik cırmağından qoruyur

Pişiklər sevimli ev heyvanı olmaqla yanaşı sizə ziyan da verə bilər. Pişiklər yumşaq və rahat bir əşya görəndə onları cirmaqlamağı xoşlayırlar. Bunun üçün divana yaxın bir yerdə açıq şəkildə bu balzamdan qoyun. Bundan sonra sizin sevimli heyvanınız ora yaxınlaşmayacaq.

9. Kürək və əzələ ağrılarına qarşı⠀

Vyetnam balzamı kürək və əzələ ağrılarına qarşı çox effektiv vasitədir. Siz ancaq ağrıyan hissələrə bu balzamdan sürtüb masaj edin. Bu zaman balzam ağrıyan hissəni qızışdırıb ağrını yox edəcək.


10.⠀Dəri çatlarının azalmasına kömək edir

Əgər dərinizdə çatlar yaranıbsa, o zaman çarəsini axtarmaq lazımdır. Bunun üçün məlhəmdən çartlamış dəriyə sürtün. Bu prosesi 2 həftə davam etsəniz tezliklə gördüyünüz nəticə sizi sevindirəcək.⠀

11. Dəri göyərməsini aradan qaldırır

Əgər bədən göyərməsinin tez bir zamanda aradan qalxmasını istəyirsinizsə üzərinə mütləq vyetnam mazı çəkin. Bu zaman ləkənin tez bir zamanda yoxa çıxmasını görəcəksiniz.

Unutmayın mazdan çox çəkmək, dərini yandıra bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:08 Novruz Məmmədov yeni Orfoqrafiya Normalarını təsdiqlədi Baş nazir Novruz Məmmədovun imzası ilə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb. Mediaxeberleri.az Orfoqrafiya Normalarını təqdim edir: Azərbaycan dilinin Orfoqrafiya Normaları 1. Azərbaycan mənşəli sözlərin yazılışı 1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan
14:53 Ölünü belə dirildən resept. Bütün dərdlərin dərmanı cəmi 1 dəqiqədə hazırlanır. Bal və darçın kəşf olunan möcüzələrdəndir desək yalan olmaz. Mediaxeberleri.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözgüdən məhsullardan istifadə etməklə xəstəliklərdən qorunmaq üçün sanki bir divar hörəcəksiniz. Bal və darçın ayrı-ayrılıqda çox faydalı məhsullardır. Bəs yaxşı bu iki
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az