t s

» » Azərbaycanda yaşı 100-dən çox olanlar niyə "Ginnesin Rekordlar Kitabı"na düşmür?

Azərbaycanda yaşı 100-dən çox olanlar niyə "Ginnesin Rekordlar Kitabı"na düşmür?

2-05-2019, 11:17 Yazar:  Aytən Məmmədli Baxılıb: 72 Çap et
Azərbaycanda yaşı 100-dən çox olanlar niyə "Ginnesin Rekordlar Kitabı"na düşmür?
Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Mediaxeberleri.az
-a verilən məlumata görə, ölkədə yaşı 100 və daha çox olanların sayı artıb.

2015-ci ildə Azərbaycanda yaşı 100 və 100-ü keçmiş 619 nəfər olub. 2016-cı ildə 626, 2017-ci ildə 683, 2018-ci ildə 749 nəfərin yaşı 100-dən çox olub. 2019-cu il yanvarın 1-ə olan məluamat görə isə Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı 880 nəfərə çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, "Ginnesin Rekordlar Kitabı"na yalnız yaşının verifikasiyası aparılmış şəxslər daxil edilə bilər. Hazırda dünyanın rekordlar kitabına düşən ən yaşlı sakini 112 yaşlı yapon Masadzo Nonakadır, Azərbaycanda isə indiyə qədər yaşı verifikasiya edilmiş uzunömürlülər arasında hələ ki "Ginnesin Rekordlar Kitabı"na düşə biləcək şəxs yoxdur".

U.Həşimova əlavə edib ki, çox zaman uzunömürlülərin şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi öz təsdiqini tapmır.

Onun sözlərinə görə, 1925-ci ilə qədər doğulan uzunömürlülərin təxminən 70 faizinin əsl yaşı ilə sənəddə göstərilən yaşı üst-üstə düşmür. 1925-ci ildən sonra müəyyən rəsmi dövlət qeydiyyat idarələri fəaliyyətə başladığından, ondan sonra doğulanların yaşı daha dəqiq yazılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:30 Azərbaycanın ən yaşlı sakini kimdir? Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib. Mediaxeberleri.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az