t s

» » Hansı bürclər cinayətkarlığa DAHA MEYİLLİDİR? – Özünüzü TANIMAYACAQSINIZ

Hansı bürclər cinayətkarlığa DAHA MEYİLLİDİR? – Özünüzü TANIMAYACAQSINIZ

30-04-2019, 09:04 Yazar:  Firuzə Baxılıb: 135 Çap et
Hansı bürclər cinayətkarlığa DAHA MEYİLLİDİR? – Özünüzü TANIMAYACAQSINIZ
Bürclər insanların ən çox oxuduğu, amma heç vaxt tam mənada inanmadığı bir mövzudur.

Buna rəğmən bir çox insan günün planını qurarkən məhz bürclərin istiqamətini nəzərə alır. Qısqanc, ən çox sevilən, liderlik edən və s. xarakterli bürclər haqqında çox oxumusunuz. Bəs özünüzün cinayətkar ruhu barədə necə, oxumusunuzmu? Elə isə bu yazıya diqqət edin.

Publika.az ABŞ-da astroloqlarının cinayətkarlığa meyilli olan bürclər haqqında apardığı maraqlı araşdırmanı diqqətinizə çatdırır. Qeyd edək ki, bu araşdırma Federal Tədqiqatlar Bürosundan alınan siyahıya əsasında aparılıb.

Əkizlər

Bu bürc siyahının birinci pilləsində qərarlaşıb. Onlar cəmiyyət üçün zərərsiz olsalar da, özlərinə qarşı heç də o qədər xeyirxah davranmırlar. Əkizlər bürcü statistikaya görə, ən təhlükəsiz bürc hesab edilir. Bu bürcün daşıyıcıları melanxolik olurlar. Fərqli ruh aləminə malik olmaları ilə seçilən əkizlər xüsusilə suisid (özünə qəsd) edirlər. Nəticələrə görə bu bürc altında doğulanlar arasında intihar edərək ölən insanların sayı daha çoxdur.

Dolça

İdarəçilik xüsusiyyətləri güclü olan dolçalar cinayətkarlığa meyilli bürclər sırasında ikinci yerdədirlər. Öz prinsipləri ilə yaşayan dolça bürcü altında doğulan insanlar təhlükənin tam da özü hesab edilirlər. Onların qurbanı olmadığınız müddətcə cinayətkar ola biləcəkləri ağlınıza beə gəlməz.

Tərəzi

Ədalətli insanlar olaraq xarakterizə edilən əkizlər törətdikləri cinayətlərin sayında da ədalətli olurlar. Siyahıdakı cinayətkarlar arasında, tərəzi bürcü altında doğulan 10 qatilin insanları cüt-cüt öldürdükləri məlum olub. Hadisələri isə ədaləti bərpa etmək və başqa seçim şansları olmadıqları üçün törətdiklərini deyiblər.

Şir

Diqqət mərkəzində olmağı sevən bürclərdən biri də şirlərdir. Oxatanlardan geri qalsalar da, şirləri heç də təhlükəsiz hesab etmək olmaz. Bürcün şəxsi keyfiyyətlərini bu qədər əyani şəkildə tətbiq etməsi isə onu qatil edir. Belə ki, bu bürc altında doğulanlar (xüsusilə qadınlar) törətdikləri cinayətləri tanınmaq, məşhur olmaq məqsədilə etdiklərini deyiblər.

Qız

Qız bürcü altında doğulan insanlar psixoloji cəhətdən çox zəif olurlar. Onlar arasında psixopatlar da az deyil. Bürcün şəxsi keyfiyyətlərinə məxsus məsuliyyətli və dəqiq olması cinayətlərində də özünü büruzə verir. Qız bürcündən olan qatillərin törətdikləri cinayətlər ən incə məqamına qədər düşünüldüyü üçün dəlilləri tapmaq istintaq şöbəsinin olduqca çox vaxtını alır. Bu bürclərin ağır cinayətlərlərdən çox, dələduzluq, oğurluq, təcavüz kimi cinayətlərdə adları daha çox hallanır.

Qoç

Qoçlar təhlükəliliyinə görə altıncı yerdə gəlirlər. Bu bürcün nümayəndələri peşman olduqlarını desələr də silsilə qətillərinin sayı da az deyil. Tərslik, inadçılıq, tez əsəbiləşən olmaları onları peşman qalacaqları əməllərə sürükləyən ilkin amillərdəndir. Digər qatil bürclər qoçlarla bir araya gəldikdə isə yeni İŞİD qruplaşması belə qurula bilər. Tək əldən səs çıxmadığına aldanmayın.

Oğlaq

Oğlaq bürcü altında doğulan insanlarda rəqəm etibarilə cinayət sayını demək çətindir. Tarix boyu ən ağır cinayətlərin müəllifləri məhz oğlaq bürcü altında doğulub.

Balıqlar

Su ünsürü olan balıqların törətdiyi cinayətlərin əksəriyyəti su ilə əlaqəlidir. Balıqların unutqan olmaları təəssüf ki, bu bürc altında doğulan insanlara köçürülmür. Balıqlar intiqam hissi ilə yanan bürc olduqları üçün onlara edilən pisliyi unutmurlar. Ələrinə düşən fürsəti isə yaxşı dəyərləndirirlər. Belə ki, ən təhlükəli canilər sinfindən olan silsilə qətllərin müəllifi olan balıqların qurbanlarının çoxunun cəsədi dənizdən tapılır.

Buğa

Buğa bürcü cinayəti hökm kimi qəbul edir. Törətdikləri cinayətlərin böyük əksəriyyəti öz şəxsi çıxarları hesabına olur. Qoç bürcünün keyfiyyətləri ilə eynilik təşkil edən inadçılıq, tərslik onları da qatil olmağa vadar edir. Lakin buğalar cinayəti pul müqabilində edir, hətta killer olurlar.

Oxatan

Dünyada oxatan bürcündə olanların bu qədər qatı cinayətkar çıxması həqiqətən təəccüblüdür. Cinayət aləminin kralı məhz bunlardır. Bu cinayətlərdə ən az üç şübhəli şəxs tapılır. Siyahıda oxatan bürcü altında doğulan qatillərin cinayət planları çox vaxt ortaqları ilə birlikdə hazırlanır. Ağıllı addımları ilə mafiya lideri, narkobaron ola biləcək oxatanların cinayətləri haqqında fantastik filmlər çəkmək olar. Tarixin ən məşhur cinayətkarları Stalin başda olmaqla Pablo Eskobar, Ted Bandi, Çarlz Broson, məhz oxatan bürcündən olublar.

Əqrəb

Əqrəblər çox təhlükəli hesab edilir. Bu bürc altında doğulan insanlar iki yerə ayrılır: sülhsevər və davakar. Təbii ki, qatil ola biləcək məhz ikinci variantdır. Mərhəmətsiz əqrəblər cinayətlərində bürcün şəxsi keyfiyyətindən yəni, zəhərdən istifadə edirlər. Ən təhlükəli tərəfləri də məhz budur. Sizi harda, necə və hansı qida növü ilə öldürəcəklərini təxmin edə bilməzsiniz. Əksər hallarda sadistliyə meyilli olurlar.

Xərçəng

Xərçənglər daha çox qısqanclıq zəminində cinayət törədir. Bu bürc altında doğulan qatillər arasında çoxluq yenə də qadınlardır. Onlar bu sahədə birincidir. Bu bürcün törətdiyi cinayətlər pul, şöhrət üçün deyil. Onlar özlərinə aid olanı onlardan alan kəslərə ölüm hökmü kəsirlər. Daha çox qısqanclıq, duyğusallıq zəminində öldürməyə meyilli olduqlarını polisə ifadələri əsasında demək olar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az