t s

» » Ölkədə qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq

Ölkədə qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq

29-04-2019, 23:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 82 Çap et
Ölkədə qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq
Azərbaycanda 2 il ərzində qida məhsullarının təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət araşdırılacaq.

Mediaxeberleri.az
-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2019-2020-ci illərdə qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyətin araşdırılması və bu sahədə problemlərin müəyyənləşdirilməsini təmin etməlidir. Eyni zamanda Agentlik bu müddət ərzində Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində müəyyən edilmiş problemlərin obyektiv qiymətləndirilməsi üçün risk profillərini hazırlamalıdır. Eyni zamanda qida təhlükəsizliyini böhran vəziyyətlərində çevik qiymətləndirmə, idarəetmə, xəbərdarlıq prosedurlarının və fövqəladə halların, böhran vəziyyətinin idarə edilməsi planının hazırlanması təmin olunmalıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
00:53 Heydər Əsədov bu işdə Aydın Əliyevlə ortaq hərəkət edib - İTTİHAM Bu gün qeyri-neft sektorunun, əsasən də iqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Çünki kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, o cümlədən regionlarda yaşayan insanların məşğulluğunda
08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az