t s

» » Buraxılış imtahanlarının cavabının açıqlanacağı vaxt məlum oldu

Buraxılış imtahanlarının cavabının açıqlanacağı vaxt məlum oldu

29-04-2019, 20:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 93 Çap et
Buraxılış imtahanlarının cavabının açıqlanacağı vaxt məlum oldu
"IX sinif buraxılış imtahanlarında (3 mart) iştirak edən cəmi 10795 nəfər (29%) cavab vərəqələrinə (verilən suallara hansı cavabı yazdığına) baxıb. Bu da o deməkdir ki, yerdə qalan 71% sualların cavablarına baxmayıb".

Mediaxeberleri.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin gün baş tutan imtahanda iştirak edən 26 857 (iştirakçı sayı 34 434) abituriyent öz nəticələrinə (balına) baxıb.

DİM sədri qeyd edib ki, martın 10-da keçirilən II imtahan günündə 25 762 abituriyent öz nəticələrinə (balına) baxıb: "6973 nəfər (18%) isə cavab vərəqələrinə baxıb".

O vurğulayıb ki, martın 17-də keçirilən imtahanların nəticəsi sabah elan olunacaq: "Martın 31-də keçirilən imtahanların cavabı mayın 3-də elan ediləcək. 7,14,21 və 28 apreldə olan imtahanların cavabları isə yay qəbul imtahanlarına qədər elan olunması nəzərdə tutulur".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:41 Aprelin 21-də 22 748 şagird imtahan verəcək Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 21-də 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, tədrisi Azərbaycan dilindən fərqli dildə olan
19:29 Ali məktəblərə tələbə qəbulu elan edildi Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib. Mərkəzdən Mediaxeberleri.az -a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə
22:30 37 434 şagird imtahan verəcək Dövlət İmtahan Mərkəzi martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Mərkəzdən Mediaxeberleri.az -a verilən məlumata görə, həmin gün ümumilikdə 37 434 şagirdin
14:22 Ali məktəblərə qəbul qaydaları dəyişdi – Yeni tələblər və şərtlər Mediaxeberleri.az-ın məlumatına görə, dəyişikliyə əsasən qəbul imtahanına dair tələblər dəyişib. Beləliklə, müvafiq tədris ili üzrə müsabiqədə iştirak edən abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq,
22:35 “İmtahanlar zamanı yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir” – Məleykə Abbaszadə Gəncə şəhərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfrans keçirilib. Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Konfransda Gəncə və ətraf şəhərlərdə yerləşən ali təhsil müəssisələrinin rektorları,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az