t s

» » Krevetlərin inanılmaz faydası: infarktdan xilas edir

Krevetlərin inanılmaz faydası: infarktdan xilas edir

24-04-2019, 12:05 Yazar:  Aytən Məmmədli Baxılıb: 57 Çap et
Krevetlərin inanılmaz faydası: infarktdan xilas edir
Elə maddələr mövcuddur ki, (müxtəlif antioksidantlar) onlardan uzun müddət istifadə zamanı ürək-damar sistemi möhkəmlənir, ürəyin işemik xəstəliyinin, miokard infarktının, hipertoniya xəstəliyinin və insultun yaranma riski azalır.

Mediaxeberleri.az
xəbər verir ki, mütəxəssislər sözügedən maddələrə bəzi balıqların, quşların və bitkilərin toxumalarında daha çox rast gəlindiyini bildirir.

Avstraliya alimləri kiçik dəniz heyvanları olan krevetlərin başlarından antioksidant maddə olan astaksantin piqmenti almağa müyəssər olublar.

Bu kəşfin müəllifi Yeni Cənubi Uels Universitetinin əməkdaşı Renak Karappasvamidir. Onun sözlərinə görə, bu xırda dəniz xərçənglərinin bişirilmə zamanı qızarmasına səbəb olan həmin piqment öz xassələrinə görə meyvə və tərəvəzlərdə aşkar edilmiş ən güclü antioksidantlardan 10 dəfə, E vitaminindən isə 500 dəfə təsirli antioksidantdır.

O, insan hüceyrələrini qocalmadan müdafiə edir.

Astaksantin ilk dəfə alimlər tərəfindən 1936-cı ildə iri dəniz xərçəngləri olan omarlardan alınıb. Bu maddə dərinin epiteli qatının qabıqdan çıxması prosesində iştirak edir, hüceyrələrin yeniləşməsini stimullaşdırır, insan orqanizmini xarici və daxili toksik təsirlərdən müdafiə edir.

Ümumiyyətlə, bəzi qida maddələri, A, C və E vitaminləri, selen və sink də antioksidantlardır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:12 Bunlar qida əlavəsi deyil, dərman imiş - Nazirlik SİYAHI yaydı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu il ərzində bioloji fəallığa malik qida əlavələri ilə bağlı apardığı ekpertiza nəticəsində onların bəzilərinin qida əlavəsi deyil, dərman vasitəsi olduğunu aşkarlayıb. Mediaxeberleri.az xəbər verir ki, bununla əlaqədar mərkəz tərəfindən
20:00 Ürəyin İşemik Xəstəliyi – Ürək-damar stenokardiya Oxuculara təqdim olunan daha bir yeni tibbi və müalicəvi əhəmiyyətli kitabda insan ölümünə səbəb olan xəstəliklər üzrə birinci yerdə duran ürək-damar problemləri, xəstəlikləri və müalicə yolları barədə ətraflı, faydalı məlumatlar toplanıb. Mediaxeberleri.az xəbər verir ki, Rusiyanın məşhur
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
07:51 Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar Azərbaycan Respublikası Kənd Təsrrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının “Keçilmiş yol və yeni dövrün çağırışları” mövzusunda ümumrespublika konfransı keçirilib. Kənd Təsrrüfatı Nazirliyi yanında Baytarlıq Nəzarəti Xidmətinin akt zalında təşkil olunmuş
10:25 Ana südü steril deyil Ənənəvi olaraq analar, əgər süd insan bədənində ifraz olunursa, o zaman steril, yəni tərkibində heç bir mikrob və ya bakteriyanın olmamasını düşünür. «The American Journal of Clinical Nutrition» jurnalında çap olunan tədqiqatın nəticələri gözlənilməz oldu. İspaniya alimləri tərəfindən aparılan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az