t s

» » Qərbin Bakının təbii qazı ilə bağlı maraqları...

Qərbin Bakının təbii qazı ilə bağlı maraqları...

24-04-2019, 08:34 Yazar:  Firuzə Baxılıb: 91 Çap et
Qərbin Bakının təbii qazı ilə bağlı maraqları...
Avropa İttifaqı (Aİ) Azərbaycanın işlənəcək yataqlarından qaz tədarükündə maraqlı ola bilər.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə Trend-ə Avropa Komissiyasından bildiriblər.

Qeyd olunub ki, Aİ-nin enerji şaxələndirilməsi siyasəti təkcə yeni qaz mənbələrinə deyil, həm də yeni tədarük marşrutlarına yönəlib:

"Tədarükün təhlükəsizliyi ilə bağlı siyasəti çərçivəsində Aİ Xəzər dənizindən - Azərbaycanın hələ işlənməmiş yataqlarından və Türkmənistandan qaz tədarüklərində maraqlı ola bilər".

Bu baxımdan Avropa Komissiyasında "Cənub Qaz Dəhlizi"nin enerji ehtiyatları tədarükünün şaxələndirilməsi üçün vacibliyini vurğulayıblar:

"Layihənin reallaşdırılması başa çatdıqdan sonra Aİ "Şahdəniz-2" yatağından 10 milyard kubmetr qaz əldə edəcək. "Cənub Qaz Dəhlizi"nin buraxılış qabiliyyəti daha güclü kompressor stansiyaları sayəsində artırıla bilər".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:45 Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün iri kreditdən imtina edib Optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində Azərbaycanın "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin Asiya İnkişaf Bankının (AİB) birbaşa kreditinə tələbatı olmayıb. Mediaxeberleri.az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov
17:19 TANAP-la bağlı gözlənilən saziş imzalandı Yanvarın 16-da Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə 400 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Mediaxeberleri.az xəbər verir ki, imzalanma mərasimi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi
19:58 TANAP sürətləndirilir: Türkiyə və Avropanın enerji təhlükəsizliyinin əsas şərtləri... Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsinin sürətlənməsi hər iki ölkə üçün sərfəlidir Yaponiyanın tanınmış JIJI PRESS informasiya agentliyi Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz boru kəmərinin - TANAP layihəsinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunması barədə məlumat
09:08 TANAP: Türkiyə ilə Azərbaycanın yeni və ortaq güvənlik kəməri İki qardaş ölkəni bir-birinə daha sıx bağlayacaq və əlavə qarant rolu oynayacaq bu layihə bölgədəki münaqişəli məsələlərin həllinə də münbit zəmin yarada bilər... “Bir millətin iki dövləti” olaraq Azərbaycanla onun əsas təbii müttəfiqi Türkiyə arasında son vaxtlar dərinləşən əlaqələr şübhəsiz,
21:40 TANAP-ın reallaşması yeni ideyalar ortaya çıxaracaq - RƏY “Bu, texniki baxımdan çox çətindir”. Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanın Xəzər dənizi hissəsindəki “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən - Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə - Yunanıstanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az