t s

» » 17 yaşlı qızı zorlayan 48 yaşlı kişi tutuldu (YENİLƏNİB)

17 yaşlı qızı zorlayan 48 yaşlı kişi tutuldu (YENİLƏNİB)

19-02-2015, 21:19 Yazar:  Aygün Baxılıb: 4556 Çap et
17 yaşlı qızı zorlayan 48 yaşlı kişi tutuldu (YENİLƏNİB)Bakının Qaradağ rayonunda 17 yaşlı qız zorlanıb. Yeniyetməyə təcavüz edən isə onun qardaşının qayınatası olub.

Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, bu barədə qızın valideynləri şikayət ediblər.

Edilən şikayətə əsasən, qız may ayının 1-də yaşadığı Ələt qəsəbəsində evərində qohumları, 1967-ci il təvəllüdlü Əlifağa Bayramov tərəfindən zorlanıb. Kişi qızı zorlayan zaman vəhşicəsinə döyüb. Hadisə baş verən zaman qız evdə tək olub.

Qeyd edək ki, 17 yaşlı qızın qardaşının qayınatası Əlifağa Bayramov atası ilə birlikdə fəhləlik edir. Qızı zorlayan Əlifağa Bayramov həmin gün onlarda qalıb. Mayın 3-də isə səhər saatlarında onu təkrar zorlayıb.

Bundan sonra, qıza hədə-qorxu gələrək bildirib ki, əgər bu barədə kiməsə desə, onun başını kəsib kimsəsiz yerə atacaq.

Bundan bir neçə ay sonra, yay aylarında Əlifağa Bayramov yenə qohumlarının evinə gəlib. Sonradan isə 17 yaşlı qızı Salyan rayonuna aparıb. Evdəkilərə isə qohumu olan yeniyetməni istirahət etməsi üçün apardığını deyib. Lakin o, gənc qıza qarşı zorakılığını Salyanda da davam etdirib.

Qeyd edək ki, Əlifağa Bayramov ilə həmin ailə 2013-cü ildə qohum olublar.

Hazırda onun tutulması istiqamətində əməliyyat aparılır.

***

Müstəntiq Elçin Tağıyev Publika.az-a açıqlamasında qızın 35 həftəlik hamilə olduğunu, bir aydan sonra uşaq dünyaya gətirəcəyini bildirib:

“Qız çəlimsiz olduğundan adi gözlə baxanda onun hamilə olmasına ehtimal vermək olmaz. USM müayinəsinin nəticəsində isə qızın 8 aylıq hamilə olduğu müəyyən edilib. Böyük bacısı onun son vaxtlar kökəlməsindən şübhələnib, sorğu-sualdan sonra o, hadisəni danışıb. O, qardaşının qayınatası Əlifağa Bayramov tərəfindən zorlandığını və bu barədə kiməsə xəbər verəcəyi halda, başının kəsiləcəyi ilə bağlı hədələndiyini deyib.

Əlifağa Bayramov qızın atası ilə birlikdə usta işləyirmiş. Dəfələrlə onlara gəlib, evlərində qalıb. Qardaşının ailəsi də onlarla birlikdə yaşayıb, lakin hadisə baş verəndə evdə heç kim olmayıb. Ailə üzvlərinin hamısı tezdən işə gedirmiş, qız evdə tək qalırmış. Zorlanma baş verən günü də qızın atası fəhləni götürmək üçün evdən çıxıb, daha sonra qudası ilə görüşəcəkmiş. Ə.Bayramov evdə qız ilə tək qalıb. Bu fürsətdən istifadə edib qızı zorlayıb. O, qızı müxtəlif vaxtlarda 3 dəfə zorlayıb. Onların ikisi evdə, biri isə Salyan rayonu yaxınlığında boş bir ərazidə olub. Ə.Bayramov gəlinlərini görmək üçün qızı Salyana aparıb. Sonuncu hadisədən sonra qız hamilə qalıb”.

Publika.az-ın əldə etdiyi məlumata görə, qızın hamilə olmasını təsadüfən aşkarlayan ailə bunu qızın qardaşlarından gizli saxlayır.

Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə, artıq Əlifağa Bayramov tutulub. O, bir neçə saatdan sonra bölməyə gətirilib dindiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:17 Yasamalda qadını binanın qarşısında zorladılar Faktla bağlı araşdırmalar davam etdirilir. Bakıda daha bir cinsi təcavüz faktı baş verib. Mediaxeberleri.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Yasamal rayon Polis İdarəsi, 29-cu Polis Bölməsinə müraciət edən Binəqədi rayon sakini, 1987-ci il təvəllüdlü Qulamova Xədicə Elton qızı (bütün
14:56 Qubada qaçırılan qız 6 saat qolubağlı yarıtikilidə saxlanılıb Qubada orta məktəb şagirdini qaçırıblar. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 11-ci sinif şagirdi olan qızın itməsi barədə polisə şikayət daxil olub. Şikayətə əsasən qız müəllim yanına hazırlığa gedib və evə qayıtmayıb. Qızın valideynləri bu
12:33 Ələtdə qayınata qızının baldızını zorladı Qız polisə müraciət edib. Azərbaycanda daha bir dəhşətli zorlanma faktı qeydə alınıb. Mediaxeberleri.az xəbər verir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dünən 17 yaşlı qız Polis İdarəsinə müraciət edərək zorlandığını bildirib. Təcavüzə məruz qaldığını
00:07 Neftçalada 15 yaşlı qız atası və qardaşı tərəfindən zorlanıb Daim cinsi zorakılığa məruz qalan gənc qız bir müddətdən sonra taleyi ilə barışıb və onlara müqavimət göstərməyib Bu günə qədər bir çox məhkəmə prosesində iştirak edib, cinayət işlərini izləmişəm. Bu cinayət işlərinin arasında çox inanılmazları olub. Lakin indi təqdim etdiyim cinayət işi demək
23:55 Bakıda 15 yaşlı qızın etdiyi dəhşət (VİDEO) Gecə saatlarında paytaxtın Sabunçu rayonu Muxtarov qəsəbəsi 8-ci mədəndə bıçaqlanma hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, 15 yaşlı Zemfira Abbasova ilə bacısı arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Zenfira əlini bıçağa atıb və bıçağı özünün qarın nahiyyəsinə sancıb.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az