t s

» » “Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb

“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb

22-04-2019, 21:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 60 Çap et
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
Ölkənin ən gənc mobil operatoru “Nar” 26-28 aprel tarixlərində paytaxtımızda baş tutacaq "Formula-1 Azərbaycan Qran-Prisi" yarışları zamanı həm yerli, həm də əcnəbi abunəçilərin telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün hazırlıq işlərini başa çatdırıb.

Mediaxeberleri.az
xəbər verir ki, mobil operator sürət həvəskarlarına ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərmək üçün ərazinin şəbəkə testlərini tamamlayıb və şəbəkənin keyfiyyət ölçülərini müəyyənləşdirib. Yarış ərazisi və tədbir məkanlarında şəbəkə tutumu maksimum optimallaşdırılıb, yüksəkkeyfiyyətli internetdən kəsintisiz istifadə imkanını təmin etmək üçün 225Mbps-dək sürət təqdim edən 4G (LTE-A) şəbəkə tutumu quraşdırılıb. Dənizkənarı bulvar ərazisində yeddi mobil stansiya yaradılıb ki, bu stansiyaların yeri şəbəkə analizləri və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin sorğularına əsasən təyin edilib.

Yarışların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəyə nəzarət edəcək, şəbəkə istifadəçilərinə dəstək olacaqlar. “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı “Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilərlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:00 “Bakcell” abunəçiləri minlərlə kinoya pulsuz baxmaq imkanı əldə edib “Bakcell” “MEGOGO” ilə əməkdaşlığa başlayıb. Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti məşhur “MEGOGO” video xidməti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Bakcell abunəçiləri 10 minə qədər lisenziyalı film, cizgi filmi, televiziya
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
19:37 “Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir Ölkənin ən gənc mobil operatoru olan “Nar” abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin 30%-ə qədəri 1 dəqiqə,
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az