t s

» » Fransada Azərbaycan məktəbi açıldı - FOTOLAR

Fransada Azərbaycan məktəbi açıldı - FOTOLAR

21-04-2019, 18:45 Yazar:  Aytən Məmmədli Baxılıb: 86 Çap et
Fransada Azərbaycan məktəbi açıldı - FOTOLAR
Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub.

Mediaxeberleri.az
xəbər verir ki, açılışa bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Onların təxminən 25-i şagirddir.

Məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi- Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda Fransada Azərbaycanlıların Koordinasiya Şuralarının digər əlaqələndiriciləri iştirak edib.

Giriş sözü ilə çıxış edən Fuad Muradov belə bir məktəbin açılmasının əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. O, eyni zamanda bildirib ki, Fransada Azərbaycan və türk diasporlarının birgə işləməsi bizim üçün olduqca vacibdi.

Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu bildirib ki, doğrudan da Nantda Azərbaycan məktəbinin açılması vacib addımdı. O, nəzərə çatdırıb ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Açılış mərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu nəzərə çatdırıb.

Məktəbdə kitabxana da fəaliyyət göstərir və orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb.

Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gediblər.

Fransada Azərbaycan məktəbi açıldı - FOTOLAR
Fransada Azərbaycan məktəbi açıldı - FOTOLAR
Fransada Azərbaycan məktəbi açıldı - FOTOLAR
Fransada Azərbaycan məktəbi açıldı - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:08 Qazaxda “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçirilib - FOTOLAR Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib. Mediaxeberleri.az
10:27 Bakı Fransanın həmsədrlikdən uzaqlaşdırılması məsələsini qaldıra bilər Qarabağ separatçılarının başçısını Parisə dəvət edənlər ardınca terrorçular üçün maliyyə toplamağa başladılar; - nonsens; politoloq: “Bu, ondan xəbər verir ki, Fransadakı siyasi mərkəzlər düşünülmüş şəkildə separatçılara dəstək verir...” Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az