t s

» » Kiyevlə Kremlin "qaz" davası

Kiyevlə Kremlin "qaz" davası

2-05-2015, 19:55 Yazar:  Alim Baxılıb: 555 Çap et
Kiyevlə Kremlin "qaz" davasıUkraynanın "Naftoqaz" şirkəti Rusiyanın "Qazprom" şirkətindən 16 milyard dollar tələb edir.
Mediaxeberleri.az-ın məlumatına görə, rəsmi Kiyev bu iddianı Stokholm Arbitraj Məhkəməsində qaldırıb.

Ukraynanın baş naziri Arsen Yatsenyuk facebook səhifəsində yazıb ki, iddialar Rusiya qazının alınması və tranziti ilə bağlı müqavilələrə aiddir: "Tranzit müqaviləsi Ukraynaya münasibətdə ədalətsizdir və "Qazprom" Kiyevin "Naftoqaz" şirkətinə dəyən zərərə görə 10 milyard dollardan çox kompensasiya ödəməlidir".

Ukrayna hökumət başçısının sözlərinə Rusiyadan cavab gecikməyib. "Qazprom"un nümayəndəsi Sergey Kupriyanov baş nazirin dediklərinə münasibəti belə olub: "Rusiya şirkətinin "Naftoqaz"a qarşı kompensasiya tələbi Kiyevin Moskvaya iddialarından çoxdur. Amma biz hələ konkret rəqəm açıqlamırıq".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:04 İran Putindən 4 milyard istəyir Rəsmi Moskva Tehrandan Beynəlxalq Arbitraj Məhkəməsində qaldırdığı iddianı geri götürməyi xahiş edib. İran Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək 2010-cu ildə S-300 raket komplekslərini vaxtında çatdırmadığı üçün Rusiya qarşısında 4 milyard dollar cərimə ödəməsi tələbini ortaya qoyub.
18:49 Putin Azərbaycan qazını əngəlləmək üçün 5 milyard avro verir Yunanıstan baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri zamanı prezident Vladimir Putinlə apardığı danışıqlara dair sensasion məlumat yayılıb. Virtualaz.org saytı xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalı Yunanıstanın hakim SYRİZA partiyasındakı yüksək rütbəli mənbəyə istinadən yazdığına
01:51 Soyuq qışdan çıxan Ukrayna Rusiyadan qaz idxalını dayandırır Kiyevdən Putinə qaz zərbəsi Ukraynanın energetika və kömür sənayesi naziri Vladmir Demçişin bu barədə verdiyi açıqlamada Rusiya qazının qiymətinin yüksək olduğunu deyib. "Ukrayna çox güman ki, bu il aprelin 1-dən Rusiya qazının idxalını tam dayandıracaq və ya kiçik həcmdə tədarük edəcək". O
23:45 Rusiya Ukraynanı qazla hədələdi Bu addım Avropanın da qazla təhcizatının dayanmasına səbəb ola bilər Rusiyanın Qazprom şirkəti fevralın 26-dan Ukraynaya qaz verilməsini dayandıra bilər. Bu addım Avropanın da qazla təhcizatının dayanmasına səbəb ola bilər. "Ukrayna qaza görə qabaqcadan ödəməni vaxtında etməyib", - deyə Qazprom
01:24 Ukraynadan tam ödəniş: Rusiya yenə əməl etmir Rusiya imzalanmış müqaviləyə tam əməl etmir. Axar.az xəbər verir ki, bu ittihamla Ukraynanın "Naftoqaz" şirkəti çıxış edib. Brüssel müqaviləsinə əsasən, ötən gün Rusiya Ukraynaya razılaşdırılmış 114 milyon kub metr təbii qaz çatdırmalı idi. Ancaq Rusiya yalnız 44 milyon kub metr qaz göndərib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az