t s

» » Azərbaycanda nazir vəzifəsi böyüklə yazılacaq - yazılış qaydaları dəyişdi

Azərbaycanda nazir vəzifəsi böyüklə yazılacaq - yazılış qaydaları dəyişdi

20-04-2019, 16:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 93 Çap et
Azərbaycanda nazir vəzifəsi böyüklə yazılacaq - yazılış qaydaları dəyişdi
Azərbaycanda yüksək dövlət vəzifələrinin yazılış qaydaları təsdiqlənib.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə məlumat Baş nazir Novruz Məmmədovun "Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

Belə ki, yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır:

Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:08 Novruz Məmmədov yeni Orfoqrafiya Normalarını təsdiqlədi Baş nazir Novruz Məmmədovun imzası ilə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb. Mediaxeberleri.az Orfoqrafiya Normalarını təqdim edir: Azərbaycan dilinin Orfoqrafiya Normaları 1. Azərbaycan mənşəli sözlərin yazılışı 1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan
10:56 Yüksək dövlət vəzifələri bundan sonra belə yazılacaq Azərbaycanda yüksək dövlət vəzifələrinin yazılış qaydaları təsdiqlənib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə məlumat Baş Nazir Novruz Məmmədovun “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb. Belə ki, yüksək dövlət vəzifələri (Azərbaycan
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az