t s

» » Azərbaycan çempionatında əlbəyaxa dava - VİDEO

Azərbaycan çempionatında əlbəyaxa dava - VİDEO

19-02-2015, 20:54 Yazar:  Aygün Baxılıb: 813 Çap et
Azərbaycan çempionatında əlbəyaxa dava - VİDEOİlk qığılcım qarşılaşmanın sonlarında yaranan mübahisə zamanı olub.

Topaz Premyer Liqasının XXIII turu çərçivəsində bu gün başa çatan AZAL-“İnter” matçından sonra dava düşüb. Məlumata görə, ilk qığılcım qarşılaşmanın sonlarında yaranan mübahisə zamanı olub.

Mediaxeberleri.az-ın futbolxeber.az-a istinadən məlumatına görə, Sezar Meza Kollinin komanda yoldaşına qarşı sərt hərəkətinə dözə bilməyərək ona etiraz edən AZAL-ın yarımmüdafiəçisi Nicat Qurbanova cavab “İnter”in hücumçusu Baçana Sxadadzedən gəlib. Həmin vaxt ehtiyat oyunçular skamyasında olan Sxadadze ilə Qurbanovu komandaların baş məşqçiləri sakitləşdirib.

Lakin qarşılaşmadan sonra futbolçular paltardəyişmə otağına yollanarkən koridorda yenidən ara qarışıb. Bu dəfə futbolçular kollektiv şəkildə davaya girişiblər. Yalnız məşqçilərin və mühafizəçilərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

İnsidentin təfərrüatlarına gəlincə isə AZAL-“İnter” oyununda baş verən hadisələrdə AZAL-ın futbolçusu Elton Yaqublu meydançanın kənarında zədələnib. Həmin vaxt “İnter”in ehtiyat oyunçular skamiyasında oturan Baçana Sxadadze Eltona təpiklə zərbə endirib.

Bunu görən AZAL-ın futbolçusu Nicat Qurbanov Sxadadzeyə etirazını bildirb. Sxadadze də əlindəki sarğını Nicatın sifətinə çırpıb. Bundan sonra isə ara qarışıb.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:04 Erməni futbolçu Bakıda meydana çıxdı Komandamız 1:2 hesabı ilə məğlub olub. Rusiyanın U-17 millisinin erməniəsili futbolçusu David Kazaryan Bakıda meydana çıxıb. Mediaxeberleri.az futbolxeber.az-a istinadən məlumatına görə, bu, Rusiyanın U-17 millimizə qarşı Bakıda keçirdiyi yoldaşlıq matçında baş verib. Rusiya pasportuna sahib
20:36 Azərbaycan derbisi FIFA referisinə tapşırıldı AZAL - "İnter" və "Neftçi" - "Qarabağ" oyunlarına əlavə köməkçi hakimlər təyin edlib Topaz Premyer Liqasının XXIII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. ANS PRESS-in məlumatına görə, turun mərkəzi oyunu olan "Neftçi" - "Qarabağ" qarşılaşması FIFA referisi Əliyar Ağayevə
22:25 UEFA “Qarabağ” - “İnter” matçında hakimin səhvə yol verdiyini etiraf edib UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “İnter”lə (İtaliya) görüşü zamanı kobud hakim səhvinin qurbanı olan “Qarabağ”ın şikayəti ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 0:0 hesabı ilə başa çatan görüşün son dəqiqələrində vurulan qolun
12:15 Robert Prosineçki: “Qarabağ” Azərbaycanın “Real” və “Barselona”sıdır “Azərbaycan himninin bir hissəsini öyrənməyə çalışacağam”. Azərbaycanın futbol yığmasının baş məşqçisi Robert Prosineçki “Sual zərbələri” rubrikasında azarkeşlərin 10 sualına cavab verib. Mediaxeberleri.az xəbər verir ki, suallar AFFA-nın “Facebook” sosial şəbəkəsindəki səhifəsində verilib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az