t s

» » Zəncan və Şərqi Azərbaycan - İranda uşaq nikahının ən çox olduğu vilayətlər

Zəncan və Şərqi Azərbaycan - İranda uşaq nikahının ən çox olduğu vilayətlər

18-04-2019, 20:59 Yazar:  Gülnar Baxılıb: 123 Çap et
Zəncan və Şərqi Azərbaycan - İranda uşaq nikahının ən çox olduğu vilayətlər
Zəncanda yaşı 14-dən aşağı 1400 uşaq evləndirilib

İranda yaşı 14-dən aşağı uşaq nikahının ən çox qeyd edildiyi vilayətlərin müvafiq olaraq Zəncan, Şərqi Azərbaucan və Şimali Xorasan vilayətləri olduğu bildirilir.

Bu haqda məlumat verən rəsmi dövlət agentliyi İRNA-ya istinadən, ölkədə hər il təqribən yaşı 14-dən aşağı 40,000 uşaq evliliyi qeydiyyata alınır.

Qeyri-hökümət təşkilatları qeyri-rəsmi və qeydiyyatdan keçməyən erkən yaşda nikah sayının rəsmi rəqəmlərin qat-qat çox olduğunu önə çəkirlər.

Zəncan valisinin müavini Məsihullah Sultani İranda ən çox uşaq nikahının Zəncan vilayətində qeydə alındığını təsdiq edib.

Sultaninin bildirdiyinə görə, Zəncanda yaşı 14-dən aşağı 1400 uşaq nikahı həyata keçirilib.

Erkən nikah probleminə qarşı birgə mübarizə aparmaq lazımdır [Audio-Müsahibə]
Hüquq müdafiəçiləri İran İslam Respublikası qanunlarında kiçik yaşlarda evləndirilməyə icazə verilməsindən əlavə yoxsulluq, maarifləndirmənin olmaması və etnik ayrı-seçkilik kimi amillərin də erkən yaşda ərə verilən qızların sayının artmasına yol açdığını bildirirlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:33 İslamda siğə varmı ? İlahiyyatçı cavab verir İslamda siğə, müvəqqəti evlilik varmı? Bu məsələ islam ümməti arasında uzun əsrlərdir müzakirə və mübahisə mövzusu olub, indi də davam etməkdədir. Bu mövzu haqqında kifayət qədər fikirlər səsləndirilib, hətta kitablar yazılıb, inkar və təsdiq edənlər tərəfindən dəlillər-sübutlar gətirilib. Ona görə
22:47 Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub - Yasəmən Qaraqoyunlu Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur. Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az