t s

» » Bu rayonlarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı oldu

Bu rayonlarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı oldu

16-04-2019, 22:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 51 Çap et
Bu rayonlarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı oldu
Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Mediaxeberleri.az
xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satış aprel ayının 17-də Gədəbəydə Düzrəsullu kəndində paralel olaraq Şəkinin Başgöynük kəndində, 18-də Qəbələdə Çuxurqəbələ kəndinə, 19-da Şamaxının Qızmeydan kəndində kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcəkdir. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün Gədəbəy rayonu üzrə +9940503780330 (Asəf Nağıyev Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Şəki rayonu üzrə +9940512559307 (Söhrab Hüsenov “Aqrolizinq” ASC Şəki RN-in direktoru), Qəbələ rayonu üzrə +9940502002277 (Rahib Əhmədov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Şamaxı rayonu üzrə +994055 3362090 (Orxan Vəliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) ilə əlaqə saxlaya bilərlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:00 Tovuz və Ağstafada azot gübrəsinin güzəştli şərtlərlə satışı olacaq Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC bu gün Tovuz rayonunun Qaraxanlı kəndində, sabah isə Ağstafa rayonunun Korxəlfəli kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını təşkil edəcək. Mediaxeberleri.az nazirliyə istinadən xəbər verir ki, satış kənd inzibati ərazi
20:46 Gədəbəydə səyyar gübrə satışı olacaq Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman,
14:00 Siyəzəndə azot gübrəsinin satışı həyata keçirildi Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Mediaxeberleri.az xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
20:23 “Aqrolizinq”in azot alveri- Fermerlərə "gübrə divanı" “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı bölməsi fermerlərə çatacaq azot gübrəsini açıq bazarda satdırır. Azot gübrəsinin bir kisəsinin fermerlərə dövlət tərəfindən satışı 9 manat 10 qəpikdir. 9 manat azot gübrəsi üçün, 10 qəpik isə fəhlənin əlmuzdusu kimi hesablanır. Sözügedən gübrənin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az