t s

» » Masallıda ÖZBAŞINALIQ - GİLEY

Masallıda ÖZBAŞINALIQ - GİLEY

15-04-2019, 16:35 Yazar:  Firuzə Baxılıb: 32 Çap et
Masallıda ÖZBAŞINALIQ - GİLEYMasallı rayonundan olan vətəndaşlar “Bakı-Xəbər” qəzetinə müraciət edib bildiriblər ki, rayonun Qızılavar kəndində, Masallı-Boradigah yolunun sol tərəfində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan möhtəşəm abidə artıq sökülüb: “Bu abidəni dünən rəsmilərin müşayəti ilə bir-neçə saata söküb töküntülərini də ərazidən daşıyıblar. Yerini elə təmizləyiblər ki elə bil bu yekəlikdə və əzəmətdə abidə heç orada mövcud olmayıbmış. Kənd sakinləri söküntüyə mane olmaq istəsə də, buna polislər imkan verməyib.
Abidənin yerini digərinə satmayıblar ha, elə bu kəndin sakininə satıblar. O da burada gözəl bir kommersiya obyekti tikəcək”. Rayon sakinlərinin bu şikayətini araşdırmaq üçün Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini Nəsir Muxtarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlarda belə bir məlumat yoxdur: “Bu cür abidələr Mədəniyyət Nazirliyinin balansında olur və onlara heç kim toxuna bilməz. Yalandı. Mən indi ərazi icra nümayəndəsi ilə bu məsələni dəqiqləşdirib sizə deyərəm. Mümkün deyil, indi araşdırıb sizə məlumat verərəm”. Üstündən bir neçə dəqiqə keçəndən sonra icra başçısının müavini bizimlə təkrar əlaqə saxladı və artıq bu zəngində sözügedən tarixi abidənin söküldüyünü təsdiqləmiş oldu: “Mən icra nümayəndəsi və bələdiyyə ilə məsələni dəqiqləşdirdim. Həmin abidəni əvəz edən yenisini tikəndən sonra köhnəni söküblər. Hətta yeni abidənin açılışı da olub. Bu, kənd əhalisinin tələbi ilə baş tutub. Yeni abidənin açılışı ilə bağlı fotolar da var”. “Yeni abidəni köhnənin yerində tikiblərmi” sualına icra başçısının müavini bu barədə məlumatının olmadığını bildirdi. Ancaq redaksiyamıza abidənin olduğu yerin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı təqdim edilən fotolardan görünür ki, həmin ərazidə yeni nəsə inşa edilməyib. Kənd sakinləri bizə bildirdilər ki, abidənin sökülməsi sırf yerin sərfəli olması ilə bağlıdır: “Əgər abidə yarasız vəziyyətdəydisə niyə onun yerində yenisini tikmirdilər? Kəndin içində icra nümayəndəliyinin qarşısında kiçik bir tikili ərsəyə gətiriblər. Yəqin onu nəzərdə tuturlar. Bəyəm, abidənin köhnə yeri pis idi? Əksinə, yol kənarı idi, hamı görürdü. Deməli, burda nəsə maraq var”.
Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidənin söküləməsi ilə bağlı məsələyə münasibət öyrənmək üçün Azərbaycan Kommunist Partiyasının sədri, sabiq millət vəkili Rauf Qurbanovla əlaqə saxladıq: “Buna inanmaq istəmirəm. Çünki Azərbaycanda “9 May” günü rəsmi bayram kimi qeyd edilir. Bilirsiniz ki, bu, faşizm üzərində qələbəni simvolizə edən gündür. Həmin qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətləri olub. Belə bir hadisənin əksini tərənnüm edən bir abidəyə göstərilən bu tip sağızılıq dözülməzdir. Bunun adı vandalizmdir. Bu aksiya kim tərəfinən həyata keçirilibsə, onların hamısı sərt cəzalanmalıdır. Bu, elə Azərbaycan dövlətinin özünə qarşı edilən hörmətsizlikdi. Azərbaycanın bütün şəhər və rayonlarında qələbəni tərənnüm edən abidə kompleksləri var. Bəyəm Massallıda başqa qanunlar hakimdir? Hətta bunun yerini dəyişmək belə doğru deyil. Yaxşı olardı ki, köhnəni düzəldərdilər. Niyə Ukraynadakı hadisələri burda təkrar edirlər?”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az