t s

» » "Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut edib" - Baş nazir

"Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut edib" - Baş nazir

15-04-2019, 16:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 22 Çap et
"Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut edib" - Baş nazir
"Dünyada narkotiklərə qarşı mübarizə sahəsinə həsr edilən ən mötəbər tədbirlərdən biri də məhz bu konfransdır. Bugünkü tədbir narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pullarla mübarizədə beynəlxalq təcrübənin öyrənilməsinə öz töhfəsini verəcək".

Mediaxeberleri.az
xəbər verir ki, bunu baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi sübut edib: "Bir çox əhəmiyyətli layihələrə imza atılıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmiz Amerika ilə bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq edir".

Baş nazir qeyd edib ki, Azərbaycan və ABŞ terrorizm, narkotiklərə qarşı mübarizədə birgə fəaliyyət göstərirlər: "Narkomaniya bütün dünyanı narahat edən ciddi məsələdir. Dövlət başçısı narkomaniya sahəsinə qarşı da ciddi tədbirlər görür. Bu sahədə vacib dövlət proqramları qəbul edilib, qanun layihələri daha da təkmilləşdirilib".

N.Məmmədov vurğulayıb ki, son 5 ildə ölkədə 8 ton 354 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Baş nazir əlavə edib ki, 25 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun Ermənistanın işğalında qalması beynəlxalq terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi üçün səmərəli şərait yaradır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
13:25 Ən çox qızılı olan ölkələrin adları açıqlandı: Azərbaycan neçənci yerdədir? – SİYAHI Dünya Qızıl Şurası 2018-ci ildə ən çox qızıl ehtiyatına sahib olan ölkələrin adlarını açıqlayıb. Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, siyahıda 50 dövlət və beynəlxalq maliyyə qurumları və banklar yer alır. Siyahını təqdim edirik: 1. Amerika Birləşmiş Ştatları - 8,133.5 ton 2.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az