t s

» » İdmançımız 8 illik cəza aldı - dopinqə görə

İdmançımız 8 illik cəza aldı - dopinqə görə

15-04-2019, 16:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 24 Çap et
İdmançımız 8 illik cəza aldı - dopinqə görə
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevin cəza müddətini açıqlanıb.

Mediaxeberleri.az
-ın qurumun rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa və ikiqat dünya çempionunu 8 illik cəzalandırıb. Onun orqanizmində dehidroxlormetiltestosteron, oksandrolon və stanozolol preparatları aşkarlanıb.

N.Paşayev idmançı karyerasını bitirdiyi üçün artıq başa çatan cəza müddəti şərti xarakter daşıyır.

Qeyd edək ki, 2017-ci il sentyabrın 30-da Azərbaycan Belarus, Ermənistan, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə 1 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.

Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

N.Paşayev Pekin olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub. O, 2006-cı il Avropa çempionatında da dopinq-testdən keçə bilməyib. Qanında qadağan olunmuş metandeonon maddəsi aşkarlanmış N.Paşayev IWF-nin qərarı ilə çempionatın qızıl medalından məhrum edilib. O həmçinin 2400 dollar məbləğində cərimələnib və 2 il müddətində bütün yerli və beynəlxalq yarışlarda iştirak hüququndan məhrum olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
07:58 Xaricdə tər axıdan azərbaycanlı İDMANÇILAR Bir neçə gün bundan əvvəl Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal alması hər iki qardaş ölkənin ümumi sevincinə çevrildi. Doğrudur, ortada təəssüfləndirici meyarlar da var idi ki, bu da xüsusilə Azərbaycan mediasında
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az