t s

» » Vətəndaşlar dollar kreditlərinə görə kompensasiyanı kartla alacaqlar - SON GÜN

Vətəndaşlar dollar kreditlərinə görə kompensasiyanı kartla alacaqlar - SON GÜN

15-04-2019, 14:07 Yazar:  Aytən Məmmədli Baxılıb: 36 Çap et
Vətəndaşlar dollar kreditlərinə görə kompensasiyanı kartla alacaqlar - SON GÜN
Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.

Daha öncə Mediaxeberleri.az
-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirildiyi kimi, bütün məlumatlar xüsusi portalda (pk.fimsa.az) dərc ediləcək.

Məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.

Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.

Bank sektorundan Mediaxeberleri.az -ın əldə etdiyi məlumata görə, təzminatlar vətəndaşlara 500 manata qədər nəğd, bundan artıq vəsaiti isə plastik karlar vasitəsilə veriləcək. Misal üçün vətəndaşa dollar kreditinə görə, 1000 manat pul veriləcəksə, banklar onun adına xüsusi kart açacaq. Bu plastik kart vasitəsilə onlar təzminatını əldə edə biləcəklər. Həmçinin kimin bank sistemində mövcud hesabları varsa, o hesablara avtomatik olaraq pul köçürüləcək.

Qeyd edək ki, istənilən vətəndaş devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi və kompensasiya ilə bağlı siyahı ilə, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytının "Problemli kredit məlumatlarının sorğulanması" bölməsində Şəxsiyyəti təsdiq edən sənəd, ad soyad və telefon nömrəsini yazıb məlumat əldə edə bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:48 İlham Əliyevdən problemli kreditlərlə bağlı FƏRMAN Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Mediaxeberleri.az -ın məlumatına görə, fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində
13:21 Əhaliyə ŞAD XƏBƏR - Prezident problemli kreditlərlə bağlı fərman imzaladı Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
09:47 Cahangir Hacıyev arvadını bu yolla milyoner edib - SİYAHI Azərbaycan Beynəlxalaq Bankının sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev və onunla birgə təqsirləndirilən 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. C.Hacıyev və onun yaxın adamları mütəşəkkil dəstə yaratmaqla, vəzifə səlahiyyətlərini
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az